Moldova prezidenti Maya Sandu Rumıniyanın “RFI” agentliyinə müsahibəsində Moldovanın taxıl tranziti məsələsində Ukraynaya kömək etmək istədiyini bildirib.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, Kişinyov, Kiyev, Rumıniya və Qərb nümayəndələri bu yaxınlarda Qalatsidə görüş zamanı bunu müzakirə ediblər.
Sandunun sözlərinə görə, Moldova tərəfdaşları ilə taxıl tranzitinin artırılması və eyni zamanda, moldovalı fermerlərin maraqlarının qorunması yollarını müzakirə edir.
“Moldova müharibənin lap əvvəlindən Ukraynaya taxıl tranzitində yardım təklif edib. Təkcə indi deyil, Dunay limanları bombalananda da. Bu çətin sualdır. Biz həll yolu tapmağa çalışırıq. Moldova fermerlərinin maraqlarını qorumaq və Ukraynadan taxıl tranzitini necə təmin etmək barədə Ukrayna, Rumıniya və Avropa Komissiyası ilə danışıqlar aparılır. Biz bu gün sülhümüzü təmin edən Ukraynaya kömək etməyə borcluyuq”, – deyə Sandu əlavə edib.
Yeganə