Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif kollektiv müdafiə haqqında memorandum imzalayıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında kollektiv müdafiə haqqında saziş nəzərdə tutur ki, bu üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum hər üç dövlətə edilmiş hücum kimi qiymətləndiriləcək”, — deyə materialda qeyd olunur.
Memorandum üç dövlət arasında müdafiə əməkdaşlığının bütün aspektlərinin inkişafını nəzərdə tutur və digər ölkələr tərəfindən hər hansı təcavüz formasının kollektiv şəkildə dəf edilməsinə yönəlib.
Məryəm





















