Tacikistan prezidenti Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedib

97

Bundan əvvəl onu Rusiyaya prezident Vladimir Putin dəvət edib.
Elchi.az xəbər verir ki, bazar ertəsi, mayın 8-də Tacikistan prezidenti Emoməli Rəhmon Düşənbə Beynəlxalq Hava Limanından Moskvaya uçub və burada Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırır.
“Səfər zamanı dövlətimizin başçısının Qələbə Gününün 78-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak edəcəyi gözlənilir”, – Tacikistan prezidentinin saytında yerləşdirilən məlumatda deyilir.
Rəhmonun Rusiyaya işgüzar səfərinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacağı qeyd edilir.

Şayəstə Hüseynova