Təl-Əviv-Tehran xəttində gərginlik davam edərkən, Amerika mətbuatı “İran 48 saat ərzində İsrailə hücum edə bilər” iddiası ilə çıxış edib.
Elchi.az xəbər verir ki, məlumat yüksək rütbəli İran mənbələrinə əsaslanıb. İranın xarici işlər naziri Abdullahian deyib ki, “qanuni müdafiə zərurətdir”. İsraildən açıqlama verilib: “Biz bütün ssenarilərə hazırıq”.
Tehran-Təl-Əviv xəttində gərginlik qarşılıqlı bəyanatlarla artır.
ABŞ prezidenti Co Bayden İsrailin müdafiəsinə can atdıqlarını deyib… O, İrana “etməyin” deyərək İsrailə hücum etməməsi barədə xəbərdarlıq edib.
“Biz İsraili müdafiə etməyə hazırıq, İran buna nail olmayacaq.
Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi də İrandan gələn potensial təhlükənin inandırıcı olduğunu deyib.
Şayəstə Hüseynova