"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Səs-küylü qətllər və sui-qəsdlər olacaq” – Elşən Musayevdən sensasion iddia!

03 Avqust 2015 - 13:36
in XƏBƏR LENTİ
FacebookVatsap

“Səs-küylü qətllər və sui-qəsdlər olacaq” - Elşən Musayevdən sensasion iddia!

Bunu da oxuyun

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Partiya sədri: “Ərdoğanın fiziki məhvi gündəmdədir”

Qardaş Türkiyədə seçki prosesinin bitimi ilə bir çox kritikaların səngiyəcəyini düşünənlər yanıldılar – hər anlamda. Ələlxüsus da siyasi sabitlik kontekstində.
Ərdoğan əsrarəngiz fitnəsi ilə Qərb və bütün anti-Türkiyə qüvvələrinə növbəti badalağını atdı. Daha doğrusu onları fakt qarşısında qoydu: “Buyurun, istədiyiniz hökuməti qurun görək, necə qurursunuz” – deyə…
Oysa, HDP barajı keçmişdi. “Silahları qoyub, seçki ilə, səslə vuruşun” – mesajına sadəlövhcəsinə inanıb  – barajı keçmişdi. “İmralıdan gələn təlimatın ilkin normativi ödəndi” – sevincinə qapılıb – barajı keçmişdi.
İndi isə real mənzərəyə diqqət yetirin: Kimsə HDP ilə koalision hökumətə “hə” demir. Deməz zatən. AKP-ni kürd simpatizanlığında bu qədər günahlandırdıqdan sonra həmin addımı necə atmaq olar? Mümkünsüz, təbii. Amma…elə uça-uça, qaça-qaça gedərdilər ki, buna. İctimai qınaq olmasaydı.
Ərdoğan isə məqsədinə varıb. O, çox gözəl anlayırdı ki, Qərb və Avropanın təzyiqlərindən, “Gəzi Parkı” olayı ilə başlayıb ta ailə biznesi sövdələşmələrinə, audio yazılara qədər irəliləyən saxta kəşfiyyat “piar”ından sığortalanmaq üçün səsləri mütləq şəkildə bölmək lazımdır. Amma necə?! Kiminlə?! CHP-mi olsun? Xeyr. MHP necə? O da xeyr. Bəs HDP? Hə, o olar. Hətta ən ideal variantdır bu.
Son bələdiyyə seçkiləri günü Ərdoğanın işlətdiyi “açar” fəndlərdən birini  nəzəri-diqqətinizə çatdırmaq istəyirəm: Ankarada vəziyyət son ana qədər bərbad idi. AKP seçkini demək olar əldən vermişdi. Və…görün adam bu durumda neyləyir: Ankaranın hansı bölgəsində ki, ərdoğançıların qələbəsinə qətiyyən şübhə yox idi, orada işıqlar məqsədli şəkildə söndürtdürülür. Bütün dünya mediası, reportyor ordusu, minlərlə kamera və müxalif camiə də təbii olaraq həmin bölgəyə axışır. Şam işığında səslər tam şəffaf, heç bir kənar müdaxilə olmadan sayılır. AKP öndədir…
İşıqlı, fəqət diqqətsiz qalan yerlərdə isə qutular çox rahat şəkildə dəyişdirilir. Hansı ki, əslində AKP seçkini elə məhz həmin dairələrdə uduzmuşdu.
Yekun nəticə: Ədalət və Qalxınma Partiyası 1 faiz səs üstünlüyü ilə qalibdir!
İndi sual edirəm: Siyasi oyunbazlığı bu şəkildə bacaran Ərdoğan üçün HDP-ni “ofsayd”da saxlamaq çoxmu çətin olardı? Xeyr, təbii. Bir həmlədə bacarardı bunu. Sadəcə, mövcud durum CHP və MHP-ni yerində saydırmaq, üstəlik “hədiyyə” səsləri də kiminləsə paylaşmaq məcburiyyətini diktə edirdi. Belə bir vəziyyətdə isə HDP-ni meydana buraxmaqdan gözəl variant düşünülə bilməzdi.
Və…bütün bu sadaladıqlarımın ardınca “B” planı gəlir. O plan ki, yenə də son dərəcə sinxron dəqiqliklə hazırlanıb və növbəti mərhələdə Türkiyənin yeni seçkiyə getməsini şərtləndirir. Başqa cür desək: hökümətsizlikdən və yiyəsizlikdən bezən xalq səsini yenidən AKP-yə yönləndirir. İnsanlar “səhv”ini anlayır və öz rahatlığına, siyasi sabitliyə “hə” deyir.
Sırf ssenari gərəyi ilə.
Məcburiyyətdən.
***
İndi isə gələk “rahatlıq” və “sabitlik” məsələsinə: Şübhəsiz, Qərbin beyin institutlarında əyləşən və (guya) dünyanın “çözüm”ü ilə əlləşən ekspertlər Ərdoğana bu yemi rahatca yedirtməzdilər – heç yedirtmədilər də…
Ayrıca, kimsəyə sirr deyil ki, Suriya sərhədində İŞİD + kürd + türkmən qarşıdurması və Türkiyənin bölgəyə  məcburi – hərbi müdaxiləsi Qərbin siyasi texnoloqlarının başının altından çıxan “əmma”dır. Qardaş ölkə uzunmüddətli müharibəyə sövq edilsin deyə. Türkiyə isə açıq döyüşə getmir. Amma duruma soyuqqanlı da yanaşa bilmir. Çünki kürdün sərhəd boyunca güclənməsi açıq təhdiddir. Və bir şəkildə məsələyə əl, ortalığa güc qoymaq lazım: Misal üçün, 24 saatlıq bombardman fonunda atılan lokal addımlar kimi…
Digər bir nüans: İŞİD-i qızışdırıb kürdün üzərinə salan Qərb avtomatik olaraq kürdün də müvazinətini və özünümüdafiə instinktini artırır. Və türkə doğru yönləndirir. Üstəlik, bu “incə” detallar ABŞ xüsusi xidmət orqanlarının mətbəxində elə bir peşəkarlıqla hazırlanır ki, real mənzərə ilə tam həmahənglik təşkil etsin. Məsələn, Türkiyənin Suriya sərhədinə qəfil müdaxiləsi ilə eyni anda kürdlərin kompakt yaşadığı Şanlıurfa (Suruç) kamikadze terroruna tuş gəlir və 27 nəfər həlak olur. Ya da Səlahəttin Dəmirtaşın PPK mövzusunda məsuliyyət məsələsi qabaran kimi AKP binasına bomba atılır…
Təsadüfdürmü? Yox, təbii. Fəqət, hansı anlamda? Onu araşdıraq:
Hər halda “dərin dövlət”in süni qarşıdurmaya, terrora ehtiyacı yoxdur. Ən azından indiki, yəni PPK ilə münasibətlərə sərin suyun səpilmiş olduğu məqamda. Amma baxın, Dəmirtaş nə deyir: “Türkiyə xüsusi xidmət orqanları bunu da elədi…”
Yaxşı, bəs Dəmirtaş qruplaşması necə, belə bir həssas dönəmdə AKP binasını bombalamaq kimi səfeh davranışa imza atarmı?  Əsla! Mümkün deyil. Amma baxın, hadisədən dərhal sonra AKP-nin mətbuat xidməti hansı kəskin reaksiyanı verir: “HDP bütün bu cinayət əməllərinə görə cavab verəcək”
***
Qərb, sevmədiyi bütün dövlətləri – içindəki antaqonist qüvvələrlə bu şəkildə boğuşdurur və qarşı-qarşıya qoyur. Dəyişməz formatda. Ayrıca, əxlaqsız oyunlarını da milli metr dəqiqliklə hesablayıb son dərəcə yüksək “peşəkarlıq”la da icra edir.
Odur ki, Türkiyənin işi ağırdır. Bu dəfə gerçəkdən çox ağırdır. Çünki artıq müzakirə predmeti  şəxsi prinsip məsələsidir. Üstəlik Amerika bütün ideoloji arsenalını qardaş ölkənin üzərinə sarıb. Belədə isə Ərdoğan ya fiziki cəhətdən məhv edilməli, ya da postundan getməlidir. Eynən Səddam kimi. Başqa yol yoxdur. Qarşı tərəf AKP iqtidarı devrilincə dirəşəcək.
Estafet boyunca isə saysız-hesabsız terrorlar, səs-küylü qətllər və sui-qəsdlər qaçılmazdır.

 

Previous Post

“Səs-küylü qətllər və sui-qəsdlər olacaq” – Elşən Musayevdən sensasion iddia!

Next Post

Azərbaycan az imkanlı turistlər üçün hostellər tikmək istəyir

Bənzər yazılar

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində keçiriləcək. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF)...

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Next Post

Azərbaycan az imkanlı turistlər üçün hostellər tikmək istəyir

Azərbaycan az imkanlı turistlər üçün hostellər tikmək istəyir

Son xəbərlər

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.