Qətər vasitəçi olaraq regiondakı böhranı tənzimləmək və Hörmüz boğazını açmaq üçün bütün səviyyələrdə təmasları davam etdirir.
Elchi.az xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşmi bəyan edib.
“Ən qısa zamanda həll yoluna nail olmaq məqsədilə təmaslar və səfərlər ara verməyib, məktub mübadiləsi dayandırılmayıb”, – deyə o, jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, Doha böhranın yalnız dialoq və danışıqlar yolu ilə dərhal və dayanıqlı həllinin tərəfdarıdır. “Həll yoluna nə qədər tez gəlib çıxsaq, regionu, dünyanı, qlobal iqtisadiyyatı və enerji təchizatını bu gərginliyin fəsadlarından bir o qədər çox qorumuş olarıq”, – deyə əl-Haşmi qeyd edib. O əlavə edib ki, Qətər tərəfi optimizmini qoruyur və “böhrana son qoyulması, Hörmüz boğazının açılması və gərginliyin bitməsi” üçün bütün amilləri nəzərə alır.
Məryəm





















