"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sərdar Cəlaloğlu: “Rusiyadan komanda gələn kimi Abbas Abbasov və çevrəsi hərəkətə keçəcək”

30 İyun 2017 - 08:44
in MANŞET
FacebookVatsap

Partiya sədrindən Abbas Abbasovla bağlı şok açıqlamalar

Bunu da oxuyun

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Rusiyadakı bir sıra qüvvələrin “seçki hazırlıqları”na başladıqları barədə məlumatlar yayılmaqdadır. Yayılan xəbərlərə görə, bu dəfə seçkilərdə Azərbaycan iqtidarına qarşı qurulacaq ittifaqa baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edəcək. Bu ittifaqa Azərbaycanın daxilindən də bəzi “vurulan” fiqurların daxil olacağı bildirilir.

“Yeni Müsavat”ın ötən sayında yayılan xəbərdə deyilir ki, baş nazirin sabiq 1-ci müavini çevrəsinə 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib. “Bunu hansı ”sehrli çubuqla” edə biləcəyi məlum deyil, amma A.Abbasov Kremldə hələ də ona “etimad edildiyi” təəssüratını yarada bilib. İddiaya görə, son aylar onun biznesinə də Rusiyada “yaşıl işıq” yandırılıb, bir neçə iri tikinti şirkətlə ilə əməkdaşlıq şansı yaradılıb. Təsadüfi deyil ki, sabiq deputat oğlunu Dağıstandakı tikinti biznesinə rəhbərlik üçün görəvləndirib. Bu barədə Dağıstan qəzetləri də xəbərlər yayıb” deyə, məqalədə bildirilir.

“Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rusiyanın seçkilərlə bağlı xeyir-dua verdiyi ittifaqlar burada hakimiyyəti dəyişmək üçün deyil. Moskva, sadəcə olaraq, bu cür ittifaqlardan özünün şərtlərini qəbul etdirmək üçün təzyiq vasitəsi kimi istifadə edir və bundan sonra da edəcək: “Azərbaycandan xaricə getmiş insanların bir çoxu həmin ölkələrin əlində Azərbaycan hakimiyyətinə və ölkəmizə qarşı sanki bir silahdır. Rusiyada 3 milyon azərbaycanlı var. Bu qədər insan Azərbaycanda yaşasaydı, bacarıqlarını Azərbaycanın inkişafına sərf eləsəydilər, ölkəmiz indikindən dəfələrlə güclü olardı. İndi o üç milyon adamın bir qismi, əsasən də maliyyə imkanı yüksək olan bir sıra insanlar Azərbaycan iqtidarına qarşı Moskvanın bir siyasi silahıdır. İstənilən vaxt o silahdan istifadə edilir. Növbəti prezident seçkilərində də həmin siyasi silahdan istifadə olunacaq. Abbas Abbasov onların içində ən güclülərindəndir. Hamımız bilirik ki, Abbas Abbasov Azərbaycanın içində Moskvanın emissarı idi. Həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin zamanında Rusiyanın maraqlarını müdafiə edirdi. İlham Əliyevin zamanında da vəzifədə olduğu dönəmdə bu missiyanı həyata keçirirdi. İndi də gedib Rusiyada o missiyasını yerinə yetirir”.

S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın daxilində də Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var ki, onlar da Abbasovun yaratdığı ittifaqda bu və ya digər şəkildə iştirak edəcəklər: “Həmin qüvvələrin çoxu hakimiyyətin daxilindədir. Rusiyadan komanda gələn kimi onlar müxtəlif sahələrdə hərəkətə keçəcəklər. Rusiyanın seçkilərdə təkcə Rusiyadakıları yox, Azərbaycanın daxilindəki qüvvələrini də işə salmaq imkanı var. Müxalifətin də içində Abbas Abbasovun ittifaqında yer alması ehtimalı böyükdür. Azərbaycan müxalifətinin bir qismi iqtidardan o qədər narazıdır ki, özlərinin təbirincə desək, hətta ermənilərlə də bu iqtidara qarşı əməkdaşlıq etməyə hazırdırlar. Hakimiyyət bu insanları o dərəcədə sıxıb ki, onlar bu düşüncədədirlər. Onlar Rusiyanın qurduğu ittifaqlarda iştirak edə bilərlər.

Çox güman ki, bunu Rusiya həm də müxalifətdəki bəzi qüvvələri hərəkətə gətirməklə edəcək. Seçkilər yaxınlaşdıqca şimaldan çox güclü təzyiqlər olacaq”.

Related image

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, növbəti prezident seçkiləri ilə bağlı Rusiyanın 2013-cü ildəkinə oxşar ssenari qurması gözlənilmir: “Axar suya iki dəfə girmək olmaz. Ona görə hesab eləmirəm ki, 2018-ci il projesi 2013-cü il projesinə oxşar olsun. Güman etmirəm ki, ssenarinin təkrarlanması olacaq. Rusiya Azərbaycandakı prezident seçkilərinə müdaxilə etmək və öz ağırlığını göstərmək istəsə başqa variantlar seçəcək. Hələlik bu barədə bilgilərim yoxdur. Ona görə də müxalifətdən də kimlərinsə necə davranacağı barədə dəqiq fikir bildirmək doğru olmazdı”.

Previous Post

Sərdar Cəlaloğlu: “Rusiyadan komanda gələn kimi Abbas Abbasov və çevrəsi hərəkətə keçəcək”

Next Post

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Bənzər yazılar

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edərək dedi: "Gözləyin və görün İrana nə edəcəyik. Onlara ağır zərbə endirəcəyik....

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Next Post

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Qətər geri çəkildi

Son xəbərlər

Kənd yumurtası alanlara pis xəbər

Kənd yumurtası alanlara pis xəbər

14 Oktyabr 2026 - 15:43
Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

14 Oktyabr 2026 - 15:30
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı ÇAĞIRIŞ

Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı ÇAĞIRIŞ

14 Oktyabr 2026 - 15:16
Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

14 Oktyabr 2026 - 14:51
Hakan Fidan Azərbaycana gəlir

Hakan Fidan Azərbaycana gəlir

14 Oktyabr 2026 - 14:42
Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

Azərbaycan XİN Fransaya cavab verdi: Əsassız ittihamlara son qoyun!

14 Oktyabr 2026 - 14:30
Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

14 Oktyabr 2026 - 14:07
Sikorski İlon Maskı təhdid etməyə başlayıb

Sikorski İlon Maskı təhdid etməyə başlayıb

14 Oktyabr 2026 - 14:00
Sabah 29 dərəcə isti olacaq

Sabah 29 dərəcə isti olacaq

14 Oktyabr 2026 - 13:53
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 13:42
Azərbaycanda 47 min iş yerinin açılması nəzərdə tutulur

Azərbaycanda 47 min iş yerinin açılması nəzərdə tutulur

14 Oktyabr 2026 - 13:30
Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu

Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu

14 Oktyabr 2026 - 13:16
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

14 Oktyabr 2026 - 13:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.