Bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Elchi.az xəbər verir ki, Azərbaycanı tədbirdə XİN başçısının müavini Xələf Xələfov təmsil edir.
İştirakçıların tədbirin keçirildiyi zala doğru gəlməsini əks etdirən görüntülərdə (“Sputnik” yayıb) Rusiya XİN başçısı Sergey Lavrovla Xələf Xələfovun zarafatlaşdıqları görünür.
Qeyd edək ki, sammitin gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələ daxildir. Xarici işlər orqanları rəhbərlərinin aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparacağı planlaşdırılır.
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. Elchi.az xəbər verir ki, dövlət başçısı tədbirdə...




















Son şərhlər