Bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Elchi.az xəbər verir ki, Azərbaycanı tədbirdə XİN başçısının müavini Xələf Xələfov təmsil edir.
İştirakçıların tədbirin keçirildiyi zala doğru gəlməsini əks etdirən görüntülərdə (“Sputnik” yayıb) Rusiya XİN başçısı Sergey Lavrovla Xələf Xələfovun zarafatlaşdıqları görünür.
Qeyd edək ki, sammitin gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələ daxildir. Xarici işlər orqanları rəhbərlərinin aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparacağı planlaşdırılır.
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti
XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...





















Son şərhlər