Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq:
“Burada yeni müavinətlər təsis olunur. Çalışdıqları ölkənin sosial iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq fərqləndirici əmsallar veriləcək. Sosial sığorta haqlarından da bu yeni müavinətlər, əmsallar azad olunacaq”.
Komitə sədri Tahir Mirkişili deyib ki, dəyişikliklərdən sonra diplomatların məvacibi baza hissədən və fərqləndirici əmsaldan ibarət olacaq. Vergi baza məvacib hissədən tutulacaq:
“Biz səfərdə olan zaman diplomatlarımızın qaldırdıqları məsələlərin hamısı bu qanunda öz əksini tapıb”.
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...



















Son şərhlər