"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir

18 Mart 2022 - 13:24
in MANŞET
FacebookVatsap

Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir.

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Elchi.az xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəlib, hava limanı ilə yaxından tanışlıqdan sonra, “Zəfər yolu” ilə Şuşaya çatıblar.

Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.

Toplantı çərçivəsində müzakirələr 2 panel üzrədir. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək. Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, post-pandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.

Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndirici, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri təmsil olunur.

Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə şəhəri simvoludur.

Qeyd edək ki, 30 il əvvəl – 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında irəli sürdüyü qlobal təşəbbüsləri ilə fərqlənən və böyük dəstək qazanan qabaqcıl ölkələrdən biridir.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin davamlı inkişafı sahələrində əldə etdiyi tərəqqi ayrıca vurğulanıb.

Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Bu baxımdan davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad edilmiş ərazilərdəki dirçəliş prosesinin Davamlı İnkişaf Məqsədlərinə ölkəni daha da yaxınlaşmasını təmin etmək Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün vaxtında, təsirli və adekvat tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiya, “peyvənd millətçiliyi”nə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində də mühüm qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunələridir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı edib. Azərbaycan həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edən ölkə kimi post-COVID-19 dövrünün müzakirəsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində çalışır.

Previous Post

Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir

Next Post

Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

Son xəbərlər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 11:03
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52
Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

02 Oktyabr 2026 - 10:44
Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

02 Oktyabr 2026 - 10:39
Sabah Bakıda yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

02 Oktyabr 2026 - 10:31
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

02 Oktyabr 2026 - 10:28
Yaşar Gülərlə Zakir Həsənov arasında ikitərəfli görüş keçirilib

Yaşar Gülərlə Zakir Həsənov arasında ikitərəfli görüş keçirilib

02 Oktyabr 2026 - 10:25
​​​​​​​Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

​​​​​​​Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

02 Oktyabr 2026 - 10:06
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

02 Oktyabr 2026 - 09:53
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanıb

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanıb

02 Oktyabr 2026 - 09:45
Dünya bazarlarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

02 Oktyabr 2026 - 09:38
FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

02 Oktyabr 2026 - 09:24
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

02 Oktyabr 2026 - 09:16
Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.