Respublika Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib.
ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.
Elə buna görə də Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə xəbərdarlıq edib. Onun sözlərinə görə, bayramı qeyd etmək üçün bölgələrə və paytaxta səfər etmiş vətəndaşlar istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-28 də geri qayıdacaq.
Ona görə də yollarda sıxlıq yaşanacağı ehtimal olunur. Şöbə rəisi sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir. Elə ekspertlər də baş verə bədbəxt hadisələrin qarşısının alınması üçün sürücülərə sükan arxasında tələsməməyi məsləhət görürlər.
Avtoekspert Ərşad Hüseynov avtomobili idarə edərkən təhlükəsizliyə əməl etməyi məsləhət gördü.
Bölgələrdən geri və ya əksinə qayıdan vətəndaşlar üçün nəqliyyat vasitələrinin sayı artırılıb.
Yol polisi kimi Nəqliyyat Nazirliyi də istirahət günlərinin bitməsi ilə əlaqədar paytaxta axının çox olacağını nəzərə alaraq öz növbəsində nəqliyyat vasitələrinin sayını artırıb. Məqsəd vətəndaşların gediş gəlişində heç bir problemin qeydə alınmamasıdır.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, xəttə buraxılan avtobusların sayı artırılacaq. Məqsəd- rayonlara sərnişinlərin gediş- gəlişini asanlaşdırmaqdır.
Hər iki qurum qeyri -iş günləri bitənədək gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyat Nazirliyində bununla bağlı xüsusi qərargah, Respublika Baş Dövlət Yol Polisi İdarəsində isə növbəli şəkildə iş rejimi təşkil olunub.
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...
Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...
Son şərhlər