"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İsrail Azərbaycanı yəhudilər üçün təhlükəli 40 ölkənin siyahısına salıb

27 Mart 2015 - 10:00
in XƏBƏR LENTİ
FacebookVatsap

 İsrail Azərbaycanı yəhudilər üçün təhlükəli 40 ölkənin siyahısına salıb

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Arzu Nağıyev: “Cənubi Qafqazdakı situasiya müəyyən mənada İsraili öz vətəndaşları ilə bağlı xəbərdarlıq verməyə vadar edir”

Xəbər verdiyimiz kimi, İsrail “Terrorla Mübarizə Ofisi” ölkə vətəndaşlarına bir sıra xarici ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq edib. Xəbərdarlıq siyahısında 40 ölkənin, o cümlədən Azərbaycan və Türkiyənin də adı var. Açıqlanan xəbərdarlıqda qeyd olunur ki, “yaxınlaşan bayramlar və tətil günləri ilə əlaqədar xarici ölkələrə getməyə hazırlaşan İsrail vətəndaşlarına 40 bölgəyə səfər etməməklə bağlı xəbərdarlıq edilib”.

Açıqlamada İsrail vətəndaşlarına və dünyanın fərqli ölkələrində yaşayan yəhudilərə yönəlik hücumların artdığı qeyd olunur. Eyni zamanda xəbərdarlıqda sözügedən bölgələrdə olan israillilərin dərhal həmin əraziləri tərk etmələri tövsiyə olunur. Bundan başqa, İran və “Hizbullah” təhdidi də açıq şəkildə qeyd olunur. Sitat: “İran və ”Hizbullah”ın liderliyindəki beynəlxalq terror hələ də dünyadakı İsrail hədəflərini və yəhudiləri təhdid edir”.
Açıqlamada həmçinin bu xəbərdarlıqla bağlı ciddi “dəlillərin olduğu” qeyd edilir. Siyahıya salınan ölkələr isə Türkiyə, Suriya, İraq, İran, Livan, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Liviya, Sudan, Somali, Burkina Faso, İndoneziya, Fil Dişi Sahili, Malayziya, Mali, Mavritaniya, Misir, Pakistan, Toqo, Əlcəzair, Cibuti, Tunis, Bəhreyn, Filippinin cənubu, İordaniya, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Mərakeş, Oman, Taylandın cənubu, Keniya, Nigeriya, Hindistanın cənubu, Seneqalın şərqi, Nigerin şimalı, Çeçenistan, Kəşmirdir.
Qeyd edək ki, İsrail dövlətinin müvafiq qurumları müəyyən vaxtlarda bu cür siyahılar elan edir. Daha əvvəl də bu cür siyahılarda Azərbaycanın da adı olub. Ancaq Azərbaycanda bu günə qədər hansısa İsrail vətəndaşına və ya yəhudiyə hücum baş verməyib və yəhudilərə ən normal münasibətin sərgiləndiyi ölkələrdən biri də Azərbaycandır. Bu faktı yəhudilər və İsrail rəsmiləri dəfələrlə təsdiqləyiblər. İndiki vəziyyətdə bir neçə aydan sonra Avropa Oyunları kimi geniş miqyaslı idman oyunlarına hazırlaşan Azərbaycan hökuməti üçün bu cür xəbərdarlıqlar narahatlıq yaradır, çünki bu cür oyunlar ilk növbədə ölkənin daha çox tanıdılması, turist cəlb olunması baxımından önəm daşıyır. Xəbərdarlıq isə istər-istəməz bu məsələyə mənfi təsir edir.
Yeri gəlmişkən, artıq Azərbaycan hökuməti də ölkənin adının təhlükəlilər siyahısına salınmasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Azərbaycanda xaricilər üçün təhlükə olmadığını bildirib. Sitat: “Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyir ki, İsrail hökumətində 4-5 kateqoriya siyahı olur. Birinci kateqoriya birmənalı səfərin qadağan olunduğu ölkələrdir. İkinci siyahıda olan ölkələrə müəyyən kateqoriyadan olan vətəndaşlar gedə bilər. Üçüncü kateqoriyaya dindar vətəndaşların gedə bilmədiyi ölkələr və sair kimi qadağalar olur. Bundan başqa, ekspertin fikrincə, daha bir siyahıda isə ehtiyatlı olmaq tövsiyəsi verilən ölkələrdir: “Mən düşünürəm ki, bu gün Cənubi Qafqazdakı situasiya müəyyən mənada İsrailin öz vətəndaşları ilə bağlı xəbərdarlıq verməyə vadar edir. Bunlardan birincisi Dağlıq Qarabağ münaqişəsi, ikinci faktor isə İranla qonşuluq faktorudur. İsrail Azərbaycanın strateji tərəfdaşıdır. İsrail hakimiyyət orqanları qəti şəkildə Azərbaycana səfər etməməyi tövsiyə edə bilməz. Çünki o vətəndaşlar arasında Azərbaycanda biznes fəaliyyəti quran, iş görən və başqa-başqa kateqoriyalardan çoxlu sayda insanlar var. Burda əsas məqam hansı kontingentlə təmas qurmaq məsələsidir”. 
Ekspertin fikrincə, bu xəbərdarlıq Avropa Oyunları ilə bağlı deyil, daha çox regionda artan narahatlıqlarla bağlıdır: “Təbii ki, Avropa Oyunları zamanı bura gələn idmançıların təhlükəsizliyini yalnız Azərbaycanın təhlükəsizlik orqanları deyil, eyni zamanda həmin ölkələrin öz xüsusi xidmətləri də müəyyən səviyyədə qorumağa çalışır. Bura göndərilənlərin kimliyini də bilirlər. Məlumdur ki, yazqabağı Cənubi Qafqazda vəziyyət həmişə gərginləşir. Terror təhdidləri artır. İstər şimaldan Rusiya istiqamətindən, istərsə də cənubdan. Həm də unutmaq lazım deyil ki, Ermənistan açıq şəkildə terror təhdidləri edir”.
Previous Post

İsrail Azərbaycanı yəhudilər üçün təhlükəli 40 ölkənin siyahısına salıb

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Neft ucuzlaşıb

İran-Səudiyyə savaşı başlayır

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.