Əsəd rejiminin 16 avqustda mazut artırma qərarından sonra Dera və Suveda əyalətləri başda olmaqla bir çox nöqtədə başlayan etiraz nümayişləri ikinci həftəsində də davam edir. Bəs nümayişçilər nə istəyirlər?
Elchi.az xəbər verir ki, Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi yüz minlərlə insanın ölümünə, milyonlarla insanın evlərini tərk etməsinə səbəb olub və ölkəni böyük xaosa sürükləyib.
O qədər oldu ki, yerli valyuta çökdü. Suriya lirəsi 2023-cü ilin əvvəlində 7 min idisə, hazırda 15 min civarındadır. Ərzaq qiymətləri və əsas dolanışıq vasitələri də əhalinin imkanlarından xeyli yuxarı qalxıb.
Ölkənin şimal və şərq bölgələrində hasil edilən neftin də ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında olması yanacağın qiymətlərinə təsir edib. Yanacaqdoldurma məntəqələrində qaz növbələri adiləşsə də, əkdikləri məhsulu biçməyə çalışan fermerlər yanacaq tapa bilməyib.
Nəhayət, Əsəd rejiminin yanacağın qiymətini qaldıracağını açıqlaması xalqı küçələrə çıxardı. Etirazlar ölkənin cənubundakı druz azlığının məskunlaşdığı Suveyda şəhərində və tez-tez 13 il əvvəl Suriya qiyamının doğulduğu yer sayılan Derada cəmləşib.
Şayəstə Hüseynova