Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, ordunun Qabon Respublikasında nəzarəti ələ keçirməsi “bütün regionda qeyri-sabitliyi artıracaq”.
Elchi.az xəbər verir ki, Borrell Aİ-yə sədrlik edən İspaniyanın Toledo şəhərində Aİ müdafiə nazirlərinin qeyri-rəsmi toplantısının girişində mətbuata açıqlama verib.
Qabondakı çevrilişlə bağlı Borrell, “Bölgədən gələn xəbərlər qarışıqdır. Xəbəri bu səhər eşitdim. Rəsmi açıqlama vermək tezdir. Amma bu xəbər təsdiqlənərsə, bütün bölgədə qeyri-sabitliyi artıracaq. ” dedi.
İclasda Qabon hadisələrinin də müzakirə ediləcəyini bildirən Borrell, Nigerə hərbi müdaxilənin nəticələrini artıq müzakirə edəcəklərini, Qabondakı proseslərdən sonra Afrikadakı qeyri-sabitliyin daha əhatəli şəkildə müzakirə oluna biləcəyini bildirib.
Borrell həmçinin qeyd edib ki, Aİ-nin Nigerdəki hərbi administrasiyaya iqtisadi sanksiyalar tətbiq etməsi üçün hüquqi çərçivənin qəbulu Toledoda keçirilən görüşdə Aİ müdafiə nazirləri tərəfindən tövsiyə oluna bilər.
Şayəstə Hüseynova