"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SAĞLAMLIQ

Sürətli yox, ağılla arıqlamaq lazımdır

27 Avqust 2023 - 21:51
in SAĞLAMLIQ
FacebookVatsap

Həkimlər sürətli arıqlamağın həm sağlamlıq, həm də gözəllik üçün zərərli olduğunu deyirlər. Orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ona görə də artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır. Artıq çəkidən xilas olmaq istəyənlərin ən böyük arzusu qısa müddətdə, sürətli şəkildə arıqlamaqdır. Çünki uzun müddət pəhriz saxlamağa, idmanla məşğul olmağa heç də hər kəs sona qədər davam gətirə bilmir. Mütəxəssislər sürətli çəki itirilməsini məsləhət görmürlər. Maraqlıdır, niyə? Ümumiyyətlə, sürətli çəki itirmək deyəndə nə nəzərdə tutulur?

Bunu da oxuyun

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Günəşdə güclü partlayış baş verib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Elchi.az xəbər verir ki, diyetoloq Turxan Baratzadənin sözlərinə görə, bir ay ərzində çəkimizin 10 faizdən çoxunu itiririksə, deməli, sürətli arıqlama gedir: “80 kiloqram çəkisi olan biri 1-ci ay 8 kiloqram, 2-ci ay 7 kiloqram, 3-cü ay da təxminən bu qədər arıqlayırsa, bu, artıq həddindən artıq sürətli çəki itirilməsi deməkdir və normal sayılmır. Həftəyə bir kiloqram çəki vermək daha məsləhətli və sağlamdır”.

Son vaxtlar məşhur olan “su orucu”nda da insanlar sürətli çəki itirirlər. Bəs bu niyə məsləhət görülür? T.Baratzadə deyir ki, burada yanaşma fərqlidir: “Bəli, su orucunda da sürətli arıqlama baş verir. Bir-iki həftə ərzində çox miqdarda çəki vermək olur. Bunun isə bir yeniləmə, detoks olduğu düşünülməkdədir. Bir-iki həftə sonra artıq sən eyni formada çəki itirmirsən, qısa müddətlik prosesdir”.

T.Baratzadə bildirdi ki, çəkidən tez qurtulmaq üçün uzun müddət yarıac gəzmək həm bədən üçün stressdir, həm də makro və mikro elementlərin yetərli alınmaması bir çox problemin yaranmasına səbəb olur. Bunlar başlıca olaraq ürək ritminin pozulması, aşağı qan təzyiqi, elektrolit balansının pozulması, orqan çatışmazlığı, anemiya, saç tökülməsi, tiroid tənbəlliyi, öd kisəsi daşı, yuxu pozğunluqları, depressiya və s.-dir.

Terapevt Məlahət Abbasova deyir ki, sürətli çəki itirməyə hər orqanizm dözə bilmir: “Çox tez arıqlayırlar deyə, birinci sevinirlər, amma sonra bədən gücdən düşür, halsızlıq, zəiflik yaranır, işgörmə qabiliyyətləri itir, heç nə etməyə gücləri qalmır. Bədənə yağlar, zülallar, karbohidratlar, – hamısı lazımdır. Sürətli çəki itirmək üçün orqanizmi, hüceyrələri ac saxlamaq olmaz. Onlar həyat uğrunda mübarizə aparırlar”.

M.Abbasovanın sözlərinə görə, orqanizmimizin zərər görməməsi üçün çəkini yavaş-yavaş itirməliyik: “Orqanizm o çəkini birdən almayıb. Yavaş-yavaş, qram-qram alıb. Siz onu sürətli şəkildə itirən zaman orqanizmə əziyyət vermiş olursunuz. Çünki bədənin də bir rejimi formalaşıb. Birdən-birə sürətli çəki itəndə, bədəndə böyük dəyişiklik gedir. Ona görə çəkini asta-asta, orqanizmi öyrəşdirə-öyrəşdirə atmaq lazımdır. Bədən buna alışmalıdır”.

Terapevt bildirdi ki, sürətli çəki itirmək bədənimiz üçün estetik cəhətdən də yaxşı deyil: “Hüceyrələr ac qalanda dəri solğunlaşır. Fikir versəniz, görərsiniz ki, sürətli çəki itirənlərin dəriləri solğun olur. Yavaş-yavaş və düzgün şəkildə arıqlayanlarda bunu görməzsiniz. Çünki sürətli çəki itirəndə bədən faydalı maddələri itirir. Birbaşa çəki itəndə dəridə sallanma və solğunluq yaranır. Çəkini ağılla itirəndə, dəri yavaş-yavaş yığılır”.

M.Abbasova qeyd etdi ki, sürətli çəki verən diyeta axtarmamalıyıq: “Fikir vermisinizsə, çox adam sürətli çəki verdirən diyetalar axtarır. Artıq çəkilərindən qısa zamanda qurtulmaq istəyirlər. Arıqlayırlar, ancaq həmin şəxslər diyetadan bir az kənara çıxan kimi həmin çəkidən də artıq çəki yığırlar. Çünki orqanizm sürətli çəki itirəndə hüceyrələrdə aclıq yaranır. Ani bir pəhrizi pozanda, çəkilərini birə beş artırırlar. Onun üçün artıq çəkini sürətli yox, ağılla itirmək lazımdır. Həkim məsləhəti ilə, hər kəsə fərdi yanaşma ilə olmalıdır. Çünki artıq çəkinin səbəbi heç də hər kəsdə eyni deyil”.

Sürətli çəki verən Təranə Hüseynova sonra sağlamlıq problemi ilə rastlaşdığını deyir: “Rayonda yaşayırdım, həmişə çəkim qaydasında olub. Sonra evlənib Bakıya köçdüm. Kənddən şəhərə gəldim, istər-istəməz hərəkətlilik azaldı. Yavaş-yavaş çəkim artdı. Bir də ayıldım ki, 55 kiloqramdan 98 kiloqrama çatmışam. Bir dəfə də tanışlardan biri çəkimlə bağlı zarafat etdi, özümü pis hiss etdim. Dedim ki, arıqlayacam. Soyutma qidalar yedim, çörək, yağ, duz, şəkərdən imtina etdim. Üç ay olmamışdı, 20 kiloqram çəki atmışdım. Sonra arıqlamanın qarşısını ala bilmirdim. İştaham olmadı. Mədəm elə hala gəldi ki, yediyimi qusurdum. Qısası, sonradan həkimlərdə qaldım”.

Ləman Etibarova sürətli çəki itirdiyini, sonra onu elə sürətli şəkildə də geri qaytardığını bildirdi: “Çəkim çox idi. İdman etməklə və bir çox qidalardan imtina etməklə arıqladım. Arıqlayandan sonra normal həyata döndüm. Yenidən bir ay içərisində Beş kiloqramdan çox çəkim artdı. Üç ay tamam deyildi, 12 kiloqram artıq çəkim oldu. Əvvəlki qədər yemirdim, ancaq çəkim artırdı”.

Düzdür, sürətli şəkildə çəki itirib sağlamlığında heç bir problem olmayan nümunələr də ola bilər. Lakin sağlamlığımız elə məsələdir ki, az nümunələrə görə onu riskə atmamalıyıq.//Kaspi

Previous Post

Sürətli yox, ağılla arıqlamaq lazımdır

Next Post

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

Bənzər yazılar

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart 2026 - 10:58

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər"....

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

25 Fevral 2026 - 20:14

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri...

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

25 Fevral 2026 - 19:30

Kumamoto Universiteti alimləri narın yarpaqlarında və budaqlarında sinir sistemi və ürəyi zədələyən transtiretin (TTR) amiloidozu ilə bağlı zərərli protein yığılmalarını...

Next Post
Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

Xersonun mərkəzi atəşə tutulub, ölən və yaralanan var

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.