Sudanda 450 min uşaq evlərini tərk etmək məcburiyyətində qalıb

102

UNICEF-in icraçı direktoru Ketrin Rassel Sudandakı münaqişə səbəbindən 82 min uşağın qonşu ölkələrə getdiyini, 368 min uşağın isə məcburi köçkün olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel yazılı açıqlamasında “Sudandakı amansız qarşıdurma bu ölkənin uşaqlarına çox pis təsir edir”,-xəbərdarlıq edib.
UNICEF-in uşaqlara humanitar yardım göstərmək üçün səylərini artırdığını qeyd edən Rassel minlərlə uşağın təhlükəsizlik axtarışında evlərini tərk etməsinin travmatik nəticələrinə diqqət çəkib.Uşaqların vəziyyətinin qeyri-müəyyən olaraq qaldığını bildirən Rassel deyib: “Münaqişənin davam etdiyi bir vaxtda 82 min uşaq qonşu ölkələrə qaçıb, 368 min uşaq isə məcburi köçkün vəziyyətinə düşüb”.

Nuranə Məmmədova