ABŞ Hind-Sakit okean regionunun xeyrinə Avropadakı hərbi mövcudluğunu azalda bilər.
Elchi.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb “Politico”ya bildirib.
“Düşünürəm ki, diqqət bir qədər Hind-Sakit okean regionuna yönələcək və bu başa düşüləndir. Avropadakı ABŞ qoşunlarının sayı yəqin ki , azalacaq, lakin nə qədər olduğunu bilmirik”, – Finlandiya prezidenti deyib.
Onun sözlərinə görə, məsələ müzakirədə qalacaq. Stubb qeyd edib ki, bununla belə, Avropada hərbi mövcudluq ABŞ-ın strateji maraqlarına uyğundur. Avropa NATO ölkələri ümid edirlər ki, Vaşinqton qitədə “əsas avadanlıqları”, o cümlədən radarları tərk edəcək.
Nəşrdə qeyd edildiyi kimi, hazırda Avropadakı Amerika qoşunlarının sayı 70-90 min arasındadır.
Nuranə Məmmədova





















