Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında danışıqlar 5 saatdan çox başa çatıb.
Elchi.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidmətinə bağlı olan “Pool Pervy” Telegram kanalı məlumat yayıb.
“Liderlərin görüşü 5 saat 22 dəqiqə davam edib və yenicə yekunlaşıb”,- mətndə deyilir.
Prezidentlər təkbətək görüşə sentyabrın 26-da başlayıb, sonra işçi səhər yeməyi verib, daha sonra Rusiya liderinin kabinetində söhbəti davam etdiriblər.
Nuranə Məmmədova





















