Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.
Elchi.az Qol.az-a istinadən xəbər verir ki, 2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda (“Qarabağ”, “Sabah””, “Zirə”, “Araz Naxçıvan”) ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi “Qarabağ”ın payına düşür.
Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb.
Qeyd edək ki, bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır.
Xatırladaq ki, son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar
2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...






















Bu nə möhtəşəm bir xəbər! Azərbaycanın UEFA reytinqində ilk onluğa daxil olması həqiqətən də təəccüblüdür. “Qarabağ”ın bu uğurda böyük rolu olması təqdirəlayiqdir. Bu, ölkəmiz üçün böyük bir nailiyyətdir.
Məqalə maraqlıdı amma mənə elə gəlirki 10 cu yerdəyik amma daha yaxşı ola bilərdik. Hər halda bu da böyük uğurdu. Bu xəbər hamı üçün sevindiricidi. “Qarabağ”a təşəkkürlər.
Bu məlumatlar çox sevindirici xəbərdi, doğrudan da Azərbaycan üçün böyük uğurdur. Qarabağın möhtəşəm çıxışı sayəsində ölkəmizin UEFA reytinqində TOP-10-da olması bizim üçün qürurvericidir. Ümid edirəm ki, gələcəkdə bu uğurlar davam edər və daha da irəliləyərik. Bu, Azərbaycan futbolu üçün çox gözəl bir nailiyyətdir.
Bu xəbər həqiqətən də çox sevindiricidi, Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Qurban bayramı ərəfəsində belə bir uğurun gəlməsi daha da xoş oldu. “Qarabağ”ın performansına görə ümumi reytinqimizin yüksəlməsi çox gözəldir. Gələn mövsümdə də bu uğurların davamını arzulayıram.