NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün iyunun 3-4-də Türkiyəyə gedəcək.
Elchi.az xəbər verir ki, NATO-nun bəyanatına görə, Stoltenberq 3-4 iyun tarixlərində Ankaraya səfər edəcək.
İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq prezident Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Stoltenberq dünən verdiyi açıqlamada ,Türkiyə seçkilərindən sonra İsveçin NATO üzvlüyü ilə bağlı dialoqu bərpa etmək istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.
Nuranə Məmmədova