Stoltenberq birbaşa bildirib ki, alyans 2014-cü ildən Ukrayna işlərinə qarışıb.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bir sıra alyans ölkələrinin Ukraynaya qoşun yeritmək planları ilə bağlı yayılan şayiələri və bəyanatları şərh edib.
Bununla yanaşı, Stoltenberq NATO-nun 2014-cü ildən Ukrayna ərazilərində baş verənlərdə iştirak etdiyini birbaşa təsdiqləyib.
“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və tam miqyaslı əməliyyat başlayandan bəri artırmışıq. Lakin bizim NATO hərbi qüvvələrini Ukraynaya göndərmək planımız yoxdur”, – Associated Press Stoltenberqin sözlərini sitat gətirib.
Şayəstə Hüseynova