“NATO ölkələri qarşıdakı aylarda müdafiə xərcləri hədəflərini müzakirə edəcəklər, çünki onlardan bəziləri 2 faizlik hədəfin minimum olmasını tələb edir”.
Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Bəzi müttəfiqlər qətiyyətlə hazırkı faiz dərəcəsinin 2 faizdən minimuma endirilməsinin tərəfdarıdırlar”,-deyə Stoltenberq qeyd edib.
Stoltenberq danışıqlara rəhbərlik edəcəyini açıqlayıb:
“Nazirlər səviyyəsində görüşlərimiz olacaq, paytaxtlarda danışıqlarımız olacaq”.
NATO rəhbəri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitindən gec olmayaraq razılığa gəlmək niyyətində olduğunu açıqlayıb.
Yeganə