Stoltenberq: “NATO ölkələri qarşıdakı aylarda müdafiə xərclərinin hədəf göstəricilərini müzakirə edəcəklər”

49

“NATO ölkələri qarşıdakı aylarda müdafiə xərcləri hədəflərini müzakirə edəcəklər, çünki onlardan bəziləri 2 faizlik hədəfin minimum olmasını tələb edir”.

Elchi.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bəzi müttəfiqlər qətiyyətlə hazırkı faiz dərəcəsinin 2 faizdən minimuma endirilməsinin tərəfdarıdırlar”,-deyə Stoltenberq qeyd edib.

Stoltenberq danışıqlara rəhbərlik edəcəyini açıqlayıb:

“Nazirlər səviyyəsində görüşlərimiz olacaq, paytaxtlarda danışıqlarımız olacaq”.

NATO rəhbəri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitindən gec olmayaraq razılığa gəlmək niyyətində olduğunu açıqlayıb.

Yeganə