"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Stalinin bomj kimi dəfn edilən general oğlu… – FOTOLAR

03 Dekabr 2014 - 14:08
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

11953-cü il 5 mart, Kreml. Stalinin dəfni mərasimi.  Milyonlarla insan uzun illər SSRİ rəhbəri olmuş, onları Hitlerin əsarətindən xilas etmiş dünyanın bir nömrəli bolşeviki ilə vidalaşırdı.
Tabutun ayaq tərəfində dayanmış SSRİ rəhbərliyində təmsil olunan şəxslər arasında, aviasiya general-leytenantı mundiri ilə yalnız bir nəfər ağlayırdı – İosif Vissarionoviçin kiçik oğlu Vasili Stalin.
Atası ilə vidalaşma mərasimində ayaq üstdə güclə dayanmışdı, göz yaşlarını saxlaya bilmirdi. Bu gün onun gələcək bədbəxtliklərinin başlandığı gün idi.

Yeqorovun gözəl arvadı, çörəkdən düzəldilən “şarlar”…

Hər şey 1932-ci il, noyabrın 7-dən 8-ə keçən gecədəki məşum hadisədən sonra başladı. Voroşilovun evində keçirilən şadyanalıq  məclisində SSRİ rəsmilərinin xanımları da iştirak edirdi. İçkinin təsirindən sərxoş olmuş İosif Stalin süfrədəki çörək qırıntılarını isladıb xəmirə çevirir, onlardan kiçik “şar”lar düzəldərək Aleksandr Yeqorovun (gələcək marşal) gözəl arvadına atmaqla məzələnirdi.
Onun bu cür şit hərəkətlərindən pərt olan həyat yoldaşı Nadejda Alliliyeva ərinə etiraz əlaməti olaraq məclisi yarımçıq tərk etdi. Hirslənmiş qadın xarici işlər naziri Vyaçeslav Molotovun arvadı Polina Jemçujina ilə birlikdə gecə gəzintisinə çıxdı. Bir neçə saat sonra – noyabrın 8-ə keçən gecə intihar edərək özünü öldürdü.
Sərxoş vəziyyətdə törətdiyi əməldən peşman olan Stalin etdiyi səhvi sonradan başa düşdü: “Mən yaxşı ər olmadım, arvadımı bircə dəfə də olsa, kinoya aparmadım”.
Amma bu etiraf az idi. Çünki Stalinin bağışlanmaz hərəkəti həyat yoldaşını itirməsi ilə yanaşı, azyaşlı iki övladının gələcək bədbəxtliklərinə də yol açdı. Bu, sanki diktatorun da ürəyinə dammışdı. Bir qədər sonra nəyi isə düşünərək, “Uşaqlar analarını bir neçə gün sonra unutdular, məni isə həmişə axtaracalar” – demişdi. Analarını itirən uşaqlar ata himayəsindən də məhrum olduqlarından Zubalovun evində qalmalı oldular.
Çünki Stalin heç uşaqları ilə də məşğul olmurdu. Sutka ərzində 18 saat məşğul olan SSRİ rəhbərinin uşaqlarını onun yaxından tanıdığı və etibar etdiyi Zubalovun evinə göndərdilər.  Anasını vaxtsız itirən, ata himayəsi görməyən Vasili xüsusi tərbiyəçilərin himayəsində böyüyür, gələcək arzuları ilə yaşayırdı. Lakin himayəçilər, hətta Stalinin şəxsi mühafizəsinin rəhbəri general Vlasikin xüsusi nəzarəti belə, onun üçün yetərli deyildi – iradəcə zəif olan gənc hələ erkən yaşlarında içməyə və papiros çəkməyə başlamışdı.

Karyera zirvəsinə doğru – SSRİ-nin ən gənc generalı

30-cu illərin sonlarında SSRİ-də hərb sahəsi, xüsusən aviasiya olduqca populyar idi. Çkalov, Qromov və digərlərinin möhtəşəm uçuşları keçmiş ittifaqda dillərdən düşmürdü. Bu səbəbdən də Vasili də hərbi təyyarəçi olmaq qərarına gəldi.  O, hərbi aviasiya məktəbinin rəhbəri ilə görüşdü. Vasilinin hərbi təyyarəçi olmaq arzusuna müsbət cavab verildi. Tezliklə Vaskanı məktəbə qəbul etdilər. O, burada heç kimdən seçilmir, bütün müdavimlərlə ümumi kazarmada qalır, hamıyla deyir-gülür, zarafatlaşırdı. Vasilinin şən, zarafatcıl olması burada ona çoxlu dostlar qazandırmışdı.
Bir müddət sonra hərbi biliyi yoxlamaq zamanı gəldi. Vasiliyə paraşüt verdilər. Lakin məşqlər zamanı paraşüt təyyarənin kabinəsinə ilişib açılmadı. Hərbi məktəbin rəhbərliyi dərhal onu  uçuşlardan kənarlaşdırdı – Stalinin oğlunun həyatı ilə risk etmək olmazdı. Vasili öz karyerası yolunda uğurla addımlayırdı. 1941-ci ildə 41 yaşı olarkən polkovnik rütbəsi aldı. Həmin ilin sonunda mayor, iki ay sonra isə çiyinlərində polkovnik rütbəsinin ulduzlarını daşımağa başladı. Uçuşlardan birində düz eniş edə bilməyən polkun rəhbəri faciəli şəkildə öldüyündən onun səlahiyyətlərini Vasili icra etməyə başladı. 1947-ci ildə aviasiya general-leytenantı rütbəsi alaraq SSRİ-nin ən gənc generalı kimi tarixə düşdü.
41-ci ilin uzun yay gecəsində SSRİ böyük sınaqlarla üzləşdi – 22 iyunda Hitler Almaniyasının 3 milyonluq ordusu SSRİ sərhədlərini tapdayanda Vasili atasından ön cəbhəyə göndərilməsini xahiş etdi. Stalinin böyük oğlu kimi kiçik oğlu da döyüşlərə atıldı. Vasili alman təyyarəçilərina qarşı bir neçə ağır döyüşdə iştirak etdi. Döyüşlərdən birində o, ölkənin hava səmasına soxulmuş “FB- 190” faşist təyyarəsini vurub yerə saldı. Vasilinin rəhbərlik etdiyi polk döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi.

Asudə vaxtlarında isə Vasili… içirdi

1943-cü ildə hərbçi yoldaşları ona balıq ovuna getməyi təklif etdilər. Balıqçı tilovu olmayan hərbçilər mühəndisin təklifi ilə su heyvanlarını partladıcı maddəylə ovlamaq qərarına gəldilər. Faciə baş verdi. Mərminin ehtiyatsızlıq üzündən partlaması 1 nəfərin ölümünə, digərlərinin isə ağır yaralanmasına səbəb oldu. Yaralılar arasında o da vardı.
Aviasiya marşalı Novikova məktubunda Stalin oğlunun polk rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb etdi. Yaralı Vasilini cərrahiyyə əməliyyatı üçün Moskvaya gətirdilər. Uğurlu əməliyyatın nəticəsi birbaşa Stalinin şəxsi mühafizəsinin rəhbəri general Vlasikə məruzə olundu.
1418 günlük müharibə, nəhayət,başa çatdı. Döyüşçü yoldaşları kimi Vasili də 1945-ci ilin qələbə sevincini Berlində qarşıladı. Bundan 1 il sonra general rütbəsi ilə təltif edildi.

“Atam vəfat edən günün ikinci yarısı Beriya məni aradan götürəcək”

Vasili 1941-ci ilin ortalarından daha çox, intensiv şəkildə içməyə başlamışdı. Özü də hər gün içirdi. Həmin ilin 8 sentyabrında  xidmət etdiyi hərbi hissənin rəhbəri polkovnik Qraçovun otağına gənc qızla gəldi. Gənclərin hər ikisi sərxoş idi. Vasili polkovnikin otağının qapısını bağlayaraq “əgər bombalasalar, məni oyadın!” – deyib səhərə qədər gənc qızla həmin kabinetdə əyləndi.
1950-ci ildə Kremlin baş həkimlərindən olan Pyotr Yeqorov Stalinə vurduğu gizli teleqramda Vasili Stalinin qan azlığından, əsəb sistemindən əziyyət çəkdiyini bildirirdi. Səbəb bir idi – Vasili içkiyə aludə olmuşdu. O, 1952-ci ildə daha çox içməyə başlamışdı. Vasilinin arvadı Kapitalina Vasilyevnanın xatirələrindən: “Stalin bir dəfə onu içkili vəziyyətdə yaxaladı:
– Sən sərxoşsan, rədd ol gözümün qabağından.
– Mən sərxoş deyiləm.
– Rədd ol.
Kapitalina Vasilyevnanın Vasili Stalindən ayrılmasının əsas səbəblərindın biri də Vaskanın içməsi, saatlarla sərxoş olması idi. O, bağ evində qalanda ancaq içirdi. Təəccüblüdür ki, hətta bəzən ova ev pijaması ilə gedirdi. Bunu onun sərxoş olması ilə əlaqələndirirlər.
Çoxları Stalinin oğlunun gələcək bədbəxtliklərinə yol açan içki aludəçiliyini müxtəlif səbəblərlə əsaslandırsalar da, həqiqətə ən çox oxşayan variant Stalinin oğulluğa götürdüyü Vasilinin uşaqlıq dostu Artyom Sergeyevin xatirələrindədir: “O, tez-tez ziyafətlərdə, ayrı-ayrı məclislərdə iştirak edirdi. Ola bilsin, bəzi şəxslər məqsədli şəkildə Vaskanı tez-tez, özü də çoxlu içirdirdilər ki, alkoqollu içkiyə qurşansın”.
Uşaqlıq dostu Artyom Sergeyev onun içməsi səbəblərinə çox maraqlı məqamla aydınlıq gətirir: “Biz nahar edəndə o, bir neçə qədəhi başına çəkdi. Axırda ərkyana hirsləndim:
– Vaska, bəsdir, bəsdir, daha içmə!!!
Vasili diqqətlə mənə baxdı:
– Niyə içməyim? Sən bilirsənmi mənim iki çıxış yolum var? – O, bunu deyib əlini tapançasına atdı:
– Bir çıxış yolu budur: – tapançayla intihar, ikinci çıxış yolum isə – bunu deyib, qədəhi əlinə götürdü – budur – araq. Mən atam sağ olan günə kimi varam, ondan sonra isə məhv olacam. Atam vəfat edən günün ikinci yarısı Beriya məni aradan götürəcək. Xruşşovla Malenkov isə ona kömək edəcəklər”.
O, üçüncü arvadı Kapitalina Georgiyevna Vasilyevanın “Vaska, daha bəsdir, içmə, özünü ləyaqətlə apar” – sözlərinə də “mən atam ölən günə qədər varam” – cavabını vermişdi.
Onun tez-tez içməsindən, saatlarla sərxoş olmasından atasının da xəbəri vardı. Ümumdünya Zəhmətkeşlərinin Həmrəylik Günü sayılan 1 May paradı zamanı hərbi təyyarələrdən bir neçəsi nasazlıq üzündən səmaya qalxa bilmədi. Hər kəsə qarşı barışmaz olan Stalin oğlunu cəzalandırdı – Vasili təntənəli 1 May paradlarında hərbi uçuşlara komandanlıq etməkdən məhrum olundu. Bundan bir neçə ay sonra Stalinin oğlunun daha bir “ÇP”sinə şahidlik etdi. Hərbi təlimlərdən biri zamanı Vasilini bağ evində, sərxoş vəziyyətdə, yad qadınla yaxaladılar.

Stalinin ölümündən cəmi 53 gün sonra oğlunu da aradan götürdülər

“Mən atam ölən günə qədər varam” – deyən Vasili haqlı idi. Döğrudan da atasının vəfatından cəmi 53 gün sonra onu aradan götürdülər. 1953-cü ilin 27 aprelində onu Lyubyankaya gətirdilər. Bu, həmin Lyubyanka idi ki, Stalin onun zirzəmisində Lenin qvardiyasının ən sadiq üzvlərini güllələtmişdi. İndi oğlu burada cəza çəkməl idi.
O, Vətənə xəyanətdə ittiham olunurdu. Lakin  general-leytenanta qarşı ittihamlar sonradan antisovet təbliğatı maddəsi ilə əvəz olundu. Əslində, Vasilinin həbsinin başqa səbəbləri də vardı: – o, çox şeyi bilirdi və dilini dinc saxlamırdı.
Vasilinin  “Atamı Beriya, Bulqanin, Malenkov öldürdü. Əclaflar! Öz yaramazlıqlarınıza sevinin!” – sözlərini Kremldə çox yaxşı eşidirdilər.
Vasili ilə birlikdə onun adyutantlarını da həbs etdilər. Saxlanılanlar arasında general və polkovniklər, hətta Sovet İttifaqı Qəhrəmanı da vardı. Dərhal kompromat axtarışına başlanıldı.
Vasili sonradan “KQB”nin Lefortovo zindanında sorğu-sual edildi. 1955-ci ilin sentyabrında ona 8 il iş kəsdilər. Maraqlıdır ki, Vladimir həbsxanasına salınan Vasili Stalin yox, Vasili Vasilyev (Pavloviç) adlı şəxs idi – Stalinin oğluna həbsdə yatmaq olmazdı. Onun özünü isə icbari əməyə cəlb etdilər. Dəzgahda işləyir, çoxlu mütaliə edirdi. 1943-cü ildəki faciəli balıq ovunda ayağı zədələndiyindən həbsdə ayaqları ağrıyırdı. Keçmiş arvadları – Qalina, Kapitalina və Yekaterina hər üçü Vasiliyə baş çəkməyə gəlirdilər.

“Axx, Vaska, onlar səni nə günə qoyublar?!”

1958-ci ilin 10 aprelində Nikita Xruşşova yazır, ondan kömək istəyirdi: “Bilirəm ki, sizi bezdirirəm. Neynim? Başqa çıxış yolum yoxdur. Azadlığa çıxmaq üçün mənə kömək edin. Mən işləmək, etimadınızı doğrultmaq istəyirəm”.
1958-ci ilin ortalarında Vasili əlil oldu. Onun səhhəti gündən-günə pisləşirdi. DTK sədri bu xoşagəlməz xəbəri dərhal Xruşşova çatdırdı: “Vasili şikəst ola bilər”.
Stalinin oğlunun həbsxanada ölməsi böyük qalmaqal ola bilərdi. Buna görə də onu Moskvaya – Lefortovo həbsxanasına gətirdilər. Yolda Kremlə – Xruşşovla görüşə getməsi xəbərini alan Vaska sevincindən ağlayır, qulaqlarına və gözlərinə inana bilmirdi.
Stalinin oğlunu Xruşşovun qəbuluna gətirdilər. Bir vaxtlar ətrafındakıların hamısını diz çökdürmüş Stalinin oğlu indi Xruşşovun qarşısında dizlərini yerə qoyaraq SSRİ rəhbərinin ayaqlarını qucaqlamış, ondan aman istəmişdi. Nikita dayı da köhnə fəndlərini işə saldı: “Axx, Vaska, onlar səni nə günə qoyublar?!”. Nikita dayının “qayğıkeşliyinə” baxmayaraq Vasili hələ 1 il həbsdə qalmalı oldu.
1961-ci ilin 28 aprelində həbsdən azad edilən Vasiliyə bir sıra güzəştlər edildi: – general rütbəsi bərpa olundu, 3 min rubl pensiya ilə təmin edildi. Frunze şəhərində mənzillə təmin olundu. Amma ona Moskva və Gürcüstana getməyi qadağan etdilər.
Lakin Vasili yenə də narazı idi. O, Voroşilovla görüşündə iş istəyirdi: “Mən öz əmək qabiliyyətimi itirməmişəm, çalışmaq, işləmək istəyirəm”.
Voroşilovun sərxoş generala amiranə tərzdə “içkini tərgit” sözlərinə Vasilinin cavabı çox qısa oldu: “Əgər işləsəm, söz verirəm ki, içkiyə əlvida deyəcəm”.
Bu dialoqa Moskvada qulaq asırdılar. Onun bütün danışıqları lentə yazılırdı. Verdiyi vədə baxmayaraq Vaska yenə içirdi…
1960-cı ildə Çinin SSRİ-dəki səfirliyinə müraciət edərək rəsmi Pekindən sığınacaq, müalicə olunmaq və iş istədi. Habelə bu ölkədə yaşamaq istədiyini bildirdi. Elə həmin səbəbdən Vasilinin həbsdən vaxtından əvvəl azad edilməsi qərarına yenidən baxdılar. Beləcə 2 sentyabr 1955-ci il məhkəmə qərarı yenidən bərpa olundu.
Vasili 1960-1961-ci ildə Lefortovoda yenidən yatmalı oldu. Daha sonra Kazana 5 il müddətinə sürgün olundu. Burada isə o, həyatını növbəti – 4-cü qadınıyla birlikdə yaşamağa başladı: – Mariya Nuzberqlə (İqnatevna). Onlar birotaqlı mənzildə yaşayırdılar. Vasili həyatının sonuncu qadınıyla klinikada tanış olmuşdu. Burada əcnəbilərlə təmas mümkün deyildi.
Kazana sürgün ediləndə 175 manat pensiya alır, şəhərdə general forması ilə gəzirdi. Heç yerdə işləmir, yenə içirdi. Yaşından çox görünürdü.

Bomj kimi dəfn edilən general

Vasili Stalinin ailə həyatı da faciəli idi. Onun həyatından bir neçə qadın keçmişdi. Birinci arvadı Qalina Aleksandrovna Burdonskaya ilə cəmi 4 il bir yerdə yaşamışdılar. Rusiyanın xalq artisti Aleksandr Burdonskiy Vasili ilə Qalinanın nikahından dünyaya gəlib. Vasilinin birinci arvadı Qalina ondan sonra iki dəfə uğursuz ailə həyatı yaşamışdı. Adı bir neçə sevgi romanlarında, şayiələrdə hallandırılırdı. İkinci arvadı Yekaterina Semyonovna Timoşenko ilə cəmi 3 il yaşadılar – 1946-cı ildən 1949-cu ilə qədər. Üçüncü arvadı Kapitalina Georgiyevna Vasilyeva ilə 1949-cu ildən 1953-cü ilə qədər birlikdə oldular. Vasilinin qeyri-rəsmi əlaqə saxladığı qadınların isə sayı bitib tükənmirdi.
1962-ci ildə “KQB” rəsmisi Vladimir Semiçastnıy Nikita Xruşşova vurduğu teleqramda yazırdı: “Vasili Çuqaşvili 19 mart 1962-ci ildə Kazan şəhərində, gündüz saat 13 radələrində vəfat edib. Onun Kazan şəhərində dəfninə razılıq vermənizi xahiş edirəm”.
Vasili Stalinin oğluna atasını ölüm xəbərini taksi sürücüsü çatdırdı. Sürücü özü isə bunu “Amerikanın səsi” radiosunda eşitmişdi. Tabut gül-çiçəksiz, dəbdəbəsiz qoyulmuşdu. Həyat yoldaşı Kapitalina xatırlayır ki, Vasili Stalinin dəfni çox səs-küysüz keçdi: “General olsa da, onu  “bomj” kimi dəfn etdilər. Qəbristanlıqda hərbçilər yox idi. Amma Kapitalina yanılırdı.
Milyonların göz yaşları ilə son mənzilə yola salınan atasından fərqli olaraq Vasili Stalin general mundirində dəfn edildi. Özü də cəmi bir neçə nəfərin müşayiəti ilə. Dəfn mərasiminin iştirakçıları hərbi formada deyildilər. Vasilinin oğlu, hazırda Rusiyada yaşayan xalq artisti Aleksandr Burdonskiy deyir ki, atasının dəfn mərasimində bir maraqlı məqam diqqətini cəlb edib: “Atamı dəfn edənlərin çiyinliklərini (varatnik-red) yuxarı qaldırmışdılar. Bəzilərinin yaxası açıq olduğundan sinələrindəki orden və medalları aydın gördüm. Onlar təyyarəçilər, atamın yoldaşları idi.
Atası Stalindən fərqli olaraq aviasiya general-leytenantı Vasilinin indi Rusiyada bir yadigarı var: Hazırda da Moskvada fəaliyyət göstərən üzgüçülük hovuzu… Bu hovuzu vaxtilə o inşa etdirmişdi
Previous Post

Stalinin bomj kimi dəfn edilən general oğlu… – FOTOLAR

Next Post

Vüsal Şilderin işi üzrə növbəti məhkəmə başlayır

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Vüsal Şilderin işi üzrə növbəti məhkəmə başlayır

Vüsal Şilderin işi üzrə növbəti məhkəmə başlayır

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.