“Spartak” “Krokus”da baş verən terror aktına görə Bakıdakı oyunu ləğv edib

🗓 23.03.2024 18:30 ✍️ "Elçi" qəzeti
“Spartak” “Krokus”da baş verən terror aktına görə Bakıdakı oyunu ləğv edib
Moskva “Spartak”ı Moskva vilayətində törədilən terror aktına görə “Bakı “Neftçi”si ilə yoldaşlıq oyununu ləğv edib. Elchi.az xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb. Görüş martın 23-də Bakıda baş tutmalı idi. "Spartak" rəqibə anlayışa görə təşəkkür edib və yaxın vaxtlarda komanda ilə oynayacağına söz verib. "Biz bütün Rusiya ilə birlikdə yas tuturuq" deyə  qeyd olunub. Qeyd edək ki, martın 23-də Rusiya Futbol İttifaqının  İcraiyyə Komitəsinin bürosu Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar qurumun himayəsi altında keçirilən bütün yarışların cari turunun oyunlarını ehtiyat tarixlərə keçirmək barədə qərar qəbul edib. Siyahıda Qadınlar Super Liqası, Birinci Liqa, İkinci Liqa, Futzal Super Liqasının oyunları, eləcə də regional yarışlar yer alıb. Havar Şəfiyeva  

Bənzər yazılar