SpaceX-in “Starship” raketi ABŞ-ın Texas ştatında sınaq uçuşundan əvvəl nasaz olub və partlayıb.
Elchi.az xəbər verir ki, SpaceX-in sosial media platforması X-də edilən açıqlamada, 10-cu uçuş sınağına hazırlaşan raketin yerli vaxtla saat 23:00 radələrində “böyük anomaliya yaşadığı” bildirilib.
Açıqlamada sınaq müddətində sahənin ətrafında təhlükəsiz ərazinin qaldığı, hadisə zamanı xəsarət alan olmadığı qeyd edilib.
Yerli mediada əks olunan görüntülərdə Starship raketinin qalxma platformasında nasaz olduğu və nəhəng atəş topuna çevrildiyi görünür.
Şayəstə Hüseynova


















