“Bəzi hadisələr zamanı vətəndaşlalarla qurumlar arasında müəyyən hadisələr baş verir və bu hadisələrə ən tez cəlb olunan Azərbaycan polisləridir. Polislər Azərbaycanın döyünən şah damarıdır. Bəzi polis əməkdaşların intellektual səviyyəsinin az olması, lazımlı səviyyədə ictimai siyasi mövzularda iştirak etməməsi son vaxtlar bu nümayəndələrin hərəkətlərində səhvlərə gətirib çıxarır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O, Gədəbəydə baş verən hadisələrin bir çox cəhətləri olduğunu qeyd edib:
“Polis orada qadınlara qarşı bibər qazından istifadə etməsi gözümüzdə kobud görsənə bilər. Lakin polis qadınlara əl uzatmadı və döymədi. Bəs o qadınları ora gətirənlər kim idi? Hüquq mühafizə orqanların o qadınların arxasında duran qüvvələrlə maraqlanmalıdır. Sahibkarların kənd camaatı ilə olan münaqişəyə polisi cəlb edirsinizsə, zəhmət olmasa bu məsələləri analiz edin və camaata da düzgün göstərin. Polis öz vəzifə borcunu yerinə yetirir. Polisin heç bir sənədində yazılmayıb ki, qadın sənə daş atanda, bir çox qanunları pozanda kişi və qadınlara qarşı ayrı seçkilik eləsin. Hər kəs deyir ki, kişi qadın bərabərliyi, lakin cinayət törədəndə polisdən qadınlara hörmət etməyimizi istəyirik. Cinayət olan yerdə heç bir fərq qoymadan polis öz borcunu yerinə yetirməlidir”.
Qeyd edək ki, ötən gün Gədəbəyin rayonun Söyüdlü kəndində baş verən etirazlara görə polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.