“Təbii ki, bu yaxşı hal deyil. Amma mən bir məsələni qeyd etmək istəyirəm ki, insanlar İcra Hakimiyyətinə, Milli Məclisə rəsmi qaydada müraciət ediblərmi?”
Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a deputat Rüfət Quliyev deyib. Deputat əlavə edib:
“Adətən belə müraciətlər olanda icra başçısı və yaxud millət vəkili müraciəti alan kimi müəyyən xəbərdarlıqlar etməlidir, insanlara izah etməlidir və yaxud da onları qəbul edib, söhbət aparmalıdır. Məsələ bu qaydada həll olunmalı idi. Əgər dövlət qurumunun, yəni icra başçısının yaxud millət vəkilinin reaksiyası yoxdursa, o zaman yenə də teleqramlar vurulmalı idi. Mən hesab edirəm bu məsələni təbii ki, sivil qaydada həll etmək daha məqsədəuyğun olardı”.
Qeyd edək ki, ötən gün Gədəbəyin rayonun Söyüdlü kəndində baş verən etirazlara görə polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.