ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşü barədə danışarkən, “Türkiyə NATO-nun dəyərli müttəfiqi və tərəfdaşıdır” deyib.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İngiltərənin paytaxtı Londonda Ukraynanın Təkmilləşdirilməsi Konfransı çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə ilk təkbətək görüşündən sonra sosial media hesabından açıqlama verib.
Nazir Fidanla konstruktiv görüş keçirdiyini ifadə edən Blinken, Türkiyənin dəyərli NATO müttəfiqi və tərəfdaşı olduğunu bildirib.
Blinken nazir Fidanla görüşdə İsveçin NATO üzvlüyünü müzakirə etdiklərini bildirib.
Nuranə Məmmədova