“Son dövrlər həm təhsil, həm oyunlarla bağlı uşaqların mobil telefonlara marağı çoxalıb. Həmçinin valideynlər də hövsələsizləşir, uşaqlarla ünsiyyət qura bilmirlər. Belə olan halda uşaqlara telefon verirlər ki, başlarını qarışdırsın və onlardan heç nə tələb etməsinlər” – bu sözləri Elchi.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
“Uşaqları telefondan ayırmağın ən birinci üsulu valideynin özünün telefondan ayrı qalmasıdır. Valideyn özü daha çox vaxtını telefonda çıxarırsa və uşağa izah vermirsə ki, nəyə görə telefondan istifadə edir, bu zaman uşağın beynində niyə ona olar mənə olmaz, kimi suallar yaranır. Əsasən uşağı anlatmaqla, ziyanlı tərəflərini sadalamaqla, uşaqları canlı oyunlara cəlb etməklə telefondan uzaqlaşdıra bilərlər. Yay aylarında gəzintilər, müxtəlif dərnəklərə cəlb etmək, söhbətlər aparmaq da mobil cihazlardan uzaqlaşdırmağın əsas yollarındandır”.
Havar Şəfiyeva