"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə yaxınlaşmasına münasibətinizi bilmək istərdik…

– Tacikistan istisna olmaqla, digər Mərkəzi Asiya respublikaları ilə eyni soykökə malikik. Biz eyni dilə, mədəniyyətə, etnik özünüdərkə və psixikaya, eyni mentalitetə, adət-ənənələrə, dövlətçilik fəlsəfəsinə malik olan etnosuq. Bizim bir yerdə olmağımızı yalnız mənəvi ehtiyaclarımız şərtləndirmir. Bunu həmçinin iqtisadi, təhlükəsizlik maraqlarımız tələb edir. Mərkəzi Asiya respublikları ilə birlikdə Çini Avropa ilə birləşdirən Böyük İpək Yolunu yenidən canlandırmağa çalışırıq. Bu gün üçün qeyri-real görünsə də, vaxtilə belə bir fikir səsləndirmişdim ki, Avrasiya məkanında Çinlə Avropa İttifaqı arasında, Türkiyə, İran və keçmiş sovet respublikalarının iştirakı ilə Avropa Birliyi modelində yeni bir “İttifaq” yaransa, bu, güclü rəqabətə, dünyada sülhə və inkişafa böyük töhfə verərdi.
Azərbaycan Qərblə əməkdaşlığa da böyük önəm verir. Qırğızıstana səfərdən öncə Prezidentin Alamniyaya səfəri və gələcək əməkdaşlığın gücləndirilməsinə yol açacaq mühüm sənədlərin imzalanması, bu günlərdə bir illiyini qeyd edəcəyimiz Prezidentin Vaşinqton səfəri ölkəmizin yürütdüyü balanslaşdırılmış xarici siyasətin real həyatda tətbiqidir. Ölkəmizin inkişafını təmin etmək üçün bizə Qərb investisiyası və texnologiyası lazımdır. Qərblə əməkdaşlığımız ölkəmizdə həm də hüquqi dövlət və mülki cəmiyyət quruculuğuna ciddi töhfə verə bilər. Azərbaycanın regionun güclü dövlətlərindən biri olmaq şansı var. Biz güclü etnosuq, zamanla qurduğumuz dövlətlər dağılsa da, dilimizi, mədəniyyətimizi, adət – ənənələrimizi qoruya, dövlətçiliyimizi bərpa edə bilmişik. Çətin dövrlərdə xalqımız böyük tarixi şəxsiyyətlər üzə çıxarmağı bacarıb. Siyasətçinin, jurnalistin tarixdə ilişib qalması böyük faciədir. Tarixi şəxsiyyətlər tarixdə əməlləri ilə qalır, kiminsə onun haqqında nəsə deməsi ilə yox. Təəssüf ki, bölüşüb, çoxumuz da başa düşmədən, hərəmiz birini müxtəlif motivlərlə gözdən salmağa, millətin özünəinam hissini sarsıtmağa çalışırıq. Dünyada 7 min xalq içərisində öz dövlətini qurmağı bacarmış 193 xalqdan biriyik. Keçmişimizi, Şah İsmayıl, Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi xalqımızın böyük oğullarını siyasi konyuktura naminə baltalamamalıyıq, hər kəs inanmalıdır ki, xalqımız zamanla bütün çətinliklərin öhdəsindən gələcək.

– Qüdrət bəy, ABŞ-nin Rusiyaya ciddi sanksiyalar tətbiq edəcəyinə və bunun sülhə gətirəcəyinə inanırsınızmı?

– Tramp əvvəllər olduğu kimi, bacardıqca, müxtəlif yollarla buna mane olmağa çalışacaq. Rusiyaya ABŞ tərəfindən sanksiyaların tətbiqi ehtimalı çox deyil. Putin isə müharibəni dayandırmağı düşünmür. Çünki ondan sonrakı dövrü təsəvvür etmir. Bu günlərdə hərbçilərlə görüşdə gülə-gülə dedi ki,”xüsusi hərbi əməliyyatları” bitirib nə edəcəyik? Sülh tərəflərdən biri məğlub olduğunu qəbul edəndə mümkün olacaq.

– Ermənistan referenduma gedəcəkmi?

– Rusiya bunu həqiqətən istəsə, referendum baş tutacaq. Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın böyük rolu oldu. Məhz Rusiya Sarkisyana azsaylı nümayişçilərə güc tətbiq etməyə icazə vermədi. Narazı xalq bunu gördü və Sarkisyanı devirdi. Paşinyan bütün ciddi məsələləri onlarla məsləhətləşir. Rusiya istəsəydi çoxdan Zəngəzur dəhlizi açılmışdı və sülh sazişi imzalanmışdı. Rusiyadan Ermənistana Azərbaycan üzərindən dəmir yolu vasitəsilə yük daşınması bərpa olunub və mövcud, nə hərb, nə sülh vəziyyəti Rusiyanı tam qane edir. Ona görə sülh üçün Ermənistanla yox, Rusiya ilə danışmalıyıq.

– Böyük əfv haqqında mətbuatda müzakirələr açılıb, bunu mümükün sayırsınızmı?

– Buna ciddi ehtiyac var, xüsusilə, siyasi motivlərlə tutulduğu iddia olunan şəxslərin əfv edilməsinə. Bu və aparılacaq böyük islahatlar milli birliyimizi gücləndirər, ölkəmizə olan beynəlxalq təzyiqləri azaldar və ölkəmizin inkişafın yeni mərhələsinə qədəm qoymasına yol açardı…

Previous Post

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Next Post

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24
Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

Konqoda 1900-dən çox uşaq Ebola səbəbindən yetim qalıb

06 Oktyabr 2026 - 18:15
Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

Moldova-Rumıniya elektrik xəttinə Donald Trampın adı verilir

06 Oktyabr 2026 - 17:58
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45
İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

İsrail ordusu Fələstin Administrasiyasına qarşı tammiqyaslı hücuma hazırlaşır

06 Oktyabr 2026 - 17:34
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.