EN RU

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Raul Asensio azyaşlıya aid intim videonun yayılması ilə bağlı cinayət işi üzrə həbs cəzası ala bilər.

Bunu da oxuyun

Elchi.az The Athletic nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi iştirakçının razılığı olmadan çəkilmiş intim videonu üçüncü şəxslərə ötürmək və pornoqrafik material yaymaqda ittiham olunur.

Bildirilir ki, Asensio həmin görüntülərdə yer almayıb. O, videonu tanışlarından istəyərək əldə edib və daha sonra başqa bir şəxsə göstərib.

Prokurorluq futbolçu üçün 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edir.

Məhkəmə prosesi 2026-cı il sentyabrın 3, 4 və 7-də keçiriləcək. Asensio ilə yanaşı, “Real”ın akademiyasındakı sabiq komanda yoldaşları Ferran Ruiz, Xuan Rodriqes və Andres Qarsiya da hakim qarşısına çıxacaqlar.

Qeyd edək ki, Raul Asensio Madrid klubunun yetirməsidir. O, əsas komandada keçirdiyi 134 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com