"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli görüş keçirilib

26 Noyabr 2021 - 19:06
in MANŞET
FacebookVatsap

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin deyib:

– Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə razılıq verdiniz. Çoxlu suallar yığılıb qalıb. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlaması ilə əlaqədar bizim üçtərəfli görüşümüz diqqət mərkəzində olacaq. Mən indicə öz həmkarlarımla – Sizin yaxşı tanıdığınız və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması məsələləri ilə məşğul olan Rusiya hökumətinin Baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim.

Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə ilk növbədə bu barədə danışıram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox – 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənilirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Prezident İlham Əliyev deyib:

– Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

Vladimir Putin: Çox sağ olun.

***

15:34

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Previous Post

Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli görüş keçirilib

Next Post

2137 hərbçi mənzil növbəsinə qəbul edildi

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

14 Sentyabr 2026 - 16:00

"Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

14 Sentyabr 2026 - 15:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Next Post
Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib, atışma gedir

2137 hərbçi mənzil növbəsinə qəbul edildi

Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib, atışma gedir

2137 hərbçi mənzil növbəsinə qəbul edildi

Son xəbərlər

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.