Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Şurasının İnsan Haqları üzrə Komissarının hesabatına istinad edərək, Ukraynada məcburi səfərbərlik formasında insanların “ovlanmasından” danışıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Elchi.az xəbər verir ki, Siyarto Ukraynada insan hüquqlarının vəziyyəti ilə bağlı Komissar Maykl O’Flahertinin iyulun 8-də TCC işçilərinin (Ukraynadakı hərbi qeydiyyat və komissarlıqların analoqları) çoxsaylı hüquqlarının pozulması ilə bağlı müəllifi olduğu hesabata istinad edib.
“Deməli, Ukrayna küçələrində məcburi səfərbərlik formasında insanların ovuna çıxması faktdır. Ukraynada hərbi komissarların insanlara qarşı amansız olması faktdır. Ukraynada məcburi səfərbərlik zamanı qəbuledilməz hərəkətlərin baş verməsi faktdır”, – Siyarto bildirib. O xatırladıb ki, Zakarpatyadan olan bir macar Ukraynada qanunsuz hərəkətlər nəticəsində zərər çəkib, bununla əlaqədar Macarıstan tezliklə cinayətə görə məsuliyyət daşıyan “Ukraynanın bütün hərbi rəhbərləri və rəsmilərinin” Aİ-nin sanksiya siyahısına daxil edilməsi üçün petisiya verəcək. Söhbət Ukraynanın Zakarpatya vilayətində 45 yaşlı macar Yozef Sebestyenlə baş verən hadisədən gedir. Məcburi səfərbərlik çərçivəsində həmin şəxs mikroavtobusa mindirilib, işə qəbul məntəqəsinə aparılıb və dəmir barmaqlıqlarla döyülüb. Nəticədə kişi sağ qalmayıb.
Şayəstə Hüseynova


















