Bazar günü Şimali Koreya ilk hərbi kəşfiyyat peykinin yaradılmasının yekun mərhələsi ilə əlaqədar Sohe raket sahəsində sınaqlar keçirilib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCTA) məlumat yayıb.
Bildirilib ki, sınaq aparatında bir neçə kamera və məlumat ötürən qurğular olub. Şimali Koreyalı mütəxəssislər cihazın kosmosda işləməsini, məlumat ötürmə qabiliyyətini və bir sıra digər xüsusiyyətləri təsdiqləyiblər. Sınaqların nəticələri Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasına verilib.
Şimali Koreya 2023-cü ilə qədər özünün ilk kəşfiyyat peykinin yaradılması üzrə işləri tam başa çatdırmaq niyyətindədir. Bu barədə aprel ayında Yonhap agentliyi məlumat vermişdi.
Yeganə