Koreya yarımadasında gərginlik hökm sürür. Cənubi Koreya və ABŞ bölgədə birgə hərbi təlimlərini uzadarkən, Şimali Koreya bir-birinin ardınca raket sınaqları keçirir.
Elchi.az xəbər verir ki, son raket sınaqları ilə bağlı açıqlama Cənubi Koreya ordusundan gəlib. Şimali Koreya dörd raket atdığını açıqlayıb. Raketlərin 20 min metr yüksəklikdə 130 kilometr uçduğu qeyd edilib.
Bu son sınaqlar Koreya yarımadasında gərgin bir həftədən sonra baş verir.
Həftə ərzində qarşılıqlı olaraq raket buraxan Şimali və Cənubi Koreya daha sonra döyüş təyyarələrini havaya qaldırıb.
Pxenyan ABŞ-a raket sınaqlarından sonra ən pis ssenariyə hazır olmaq barədə xəbərdarlıq edib.
Şayəstə