İsveçrədə mühərriki işlək vəziyyətdə avtomobildən çıxan qadını öz avtomobili 3 dəfə aşırıb.
Elchi.az xəbər verir ki, İsveçrə polisinin verdiyi açıqlamaya görə, 45 yaşlı sürücü işlədiyi avtomobildən düşüb. Adı açıqlanmayan sürücünün “baqajdan nəsə götürmək istədiyi” üçün avtomobilindən düşdüyü güman edilir.
Sürücü qəfildən geriyə doğru hərəkət edən avtomobilin altına düşüb. Nəqliyyat vasitəsinin altında qalan sürücünün avtomobili bu dəfə başqa avtomobillə toqquşduqdan sonra əks istiqamətdə hərəkət etməyə başlayıb və yenidən sürücünün üstündən keçib.
Daha sonra avtomobil bordürə çırpılaraq yenidən geriyə dönüb və üçüncü dəfə sürücünü əzib.
Səlahiyyətlilər xəstəxanaya çatdırılan sürücünün vəziyyətinin ağır olduğunu bildirib.
Şayəstə