İran etiraf etdi: Rusiyaya PUA vermişik

52

İran Rusiyaya PUA verdiyini etiraf edib.
Elchi.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu barədə mediaya açıqlamasında deyib.
O, İranın Rusiyaya pilotsuz təyyarələr göndərilməsini təsdiqləsə də, bunu Ukraynadakı müharibədən aylar əvvəl verdiklərini bildirib.
Eyni zamanda İranın xarici işlər naziri vurğulayıb ki, İran Ukrayna müharibəsində istifadə üçün Rusiyaya raket verməyib.
İranın Rusiyaya nə qədər pilotsuz uçuş aparatı verdiyi bəlli deyil.
Son bir neçə ayda bir sıra Qərb ölkələri İranın Rusiyaya Ukrayna müharibəsində istifadə üçün pilotsuz təyyarələr və silahlar verdiyini bildirib. Lakin İran tərəfi bunu qəbul etməkdən imtina edirdi.