"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

Şimali Kipr Cümhuriyyətində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı keçirilib

12 Oktyabr 2023 - 12:11
in ÖNƏMLİ
FacebookVatsap

Şimali Kipr Türk Cümhuriyyətində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Şimalı Kiprın Prezidenti, Parlamentinin Sədri,Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli ictimaiyyət və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin “Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadənin və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri, həmyerlimiz Orxan Həsənoğlunun birgə təşkilati dəstəyi ilə təşkil olunub.

İlk öncə tədbir iştirakçılarını salamlayan “Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edərək Ümummilli Liderin həyat yolundan, müstəqil Azərbaycan Respublikasının inkişafındakı rolundan və Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin dərinləşməsinə verdiyi töhfələrdən bəhs edib. Emil Nəsirli həmçinin əbədiyaşar liderin müstəqil Azərbaycanın Prezidenti kimi, respublikanın daxili və xarici siyasətdə qazandığı uğurlarda misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, Ulu Öndərin Türk Dövlətlərinin dövlət başçıları ilə görüşlərindən söz açıb.

Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz –türk dövlətləri və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur.

Baş redaktor Azərbaycanın strateji coğrafiyada yerləşməsilə yanaşı həmdə müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu, Azərbaycan cəmiyyətinin mədəniyyətləri daha da zənginləşdirərək tolerantlıq və multikulturalizm prinsip və ənələləri əsasında inkişaf etdirdiyini də xüsusi qeyd edib. Sonra E.Nəsirli ulu öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib. Müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. “Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb, yaratdığını və bu tarixin bu gündə yaşadığını bildirdi. Qeyd etdi ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdir” -deyə qeyd edən E.Nəsirli onu da əlavə edib ki, bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat və həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Daha sonra Emil Nəsirli tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri həmyerlimiz Orxan Həsənoğluna təşəkkür edib və deyib: “Şimali Kipr Türk Cümhuriyyətində ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Orxan müəllimin nə kimi işlər görməsi ilə maraqlandıqda fəxrlə demək olur ki, həmyerlimiz gəldiyi ilk ildə burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətini qurub. Hazırda onun sədridir. Demək olar ki, Cəmiyyət tərəfindən bütün ilboyu onlarca tədbirlər keçirilir, ölkəmiz təbliğ olunur. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, həmçinin “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü, jurnalın təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordeninə layiq görülmüş cənab Ersin Tatar cəmiyyətə davamlı dəstək verir. Beynəlxalq səviyyəli tədbirlər keçirilir. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Azərbaycanın həqiqətlərini bu beynəlxalq atmosferdə qürurla təbliğ edir. Qürur duyuruq ki, bu sahədə burada təhsil alan tələbələrimiz çox aktivdirlər. Dünyanın hansı ölkəsində olmasına baxmayaraq bütün həmvətənlərimizin qəlbində hər zaman vətən məhəbbəti var. Hazırda Azərbaycan Respublikası ilə Türk dövlətləri arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir.

Təqdimat mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, həmçinin “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü, jurnalın təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordeninə layiq görülmüş cənab Ersin Tatar, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Zorlu Töre çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi olması, həmçinin Azərbaycan-KKTC əlaqələrinin hazırkı durumu, Türk Birliyinin qurulması, inkişaf etməsi, ölkələrinin müstəqilliyinin tanınması ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində Millətlərarası Yay İngiliscə Mərkəzinin direktoru, eyni zamanda İstanbul Avropa İnstitutunun direktoru, həmyerlimiz Orxan Həsənoğlu bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. “ Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan – türk dövlətləri dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir” – deyə Orxan Həsənoğlu vurğulayıb.

Daha sonra “Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadə çıxış edərək Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. E.Axundzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.

Sonda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin üzvləri, yerli ictimaiyyət və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Previous Post

Şimali Kipr Cümhuriyyətində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı keçirilib

Next Post

Ərsin Tatar Azərbaycana gəlir

Bənzər yazılar

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

04 Fevral 2026 - 21:58

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Yanvar 2026 - 20:45

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi...

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

26 Yanvar 2026 - 10:39

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsindəki kritik və mülki infrastruktura hücumlarının davam etdiyini bildirərək, "Rusiyanın hər bir intensiv hücumu...

Ötən gün itkin düşən 5 nəfər tapılıb

Ötən gün itkin düşən 5 nəfər tapılıb

25 Yanvar 2026 - 10:27

Ötən gün itkin düşən 5 nəfər tapılıb. Bu barədə Elchi.az - a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın...

Next Post
Ərsin Tatar Azərbaycana gəlir

Ərsin Tatar Azərbaycana gəlir

Ərsin Tatar Azərbaycana gəlir

Ərsin Tatar Azərbaycana gəlir

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.