"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Şeyxlə savaş və Abutalıbovun diski – ATV rəhbərliyi niyə bitirildi…

27 Sentyabr 2017 - 10:56
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

ATV-də zəhər kimi “Səhər”; Turan İbrahimovun yeni sezonda verilişini bərpa edərək yenidən öz ampluasında efirə çıxması iqtidarın səbrini daşırdı-bütün rəhbərlik qovuldu, MTRŞ yeni sədri təqdim etdi; 2012-ci ildə İbrahimovlardan alınan ATV-də “ikinci zəlzələnin” sirri…

ATV kanalında efirə gedən “ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Turan İbrahimovun müəllifi olduğu “ATV Səhər” verilişində bu ilin may ayında sabiq vitse-spiker, hazırda deputat olan Arif Rəhimzadənin məlum “türk deyiləm” sözlərindən sonra T.İbrahimov onun barəsində tənqidi ifadələr işlətmişdi ki, bu səbəbdən də onu efirdən uzaqlaşdırmışdılar.

Başqa bir iddiada isə deyilir ki, T.İbrahimov Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirdiyi üçün efirdən uzaqlaşdırılmışdı. T.İbrahimov isə yayılmış xəbərləri “fantaziya” hesab edərək verilişin dayandırılmasını “mövsümün bitməsi” ilə izah etmişdi. Amma o, ATV-dən birdəfəlik uzaqlaşdırılmadı və telekanalın ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbərliyindəki fəaliyyətinə davam etdi.

Verilişin bir daha efirə qayıtmayacağı gözlənilsə də, sentyabrın 18-dən T.İbrahimov “qaldığımız yerdən” deyərək yenidən iki saatlıq proqramını bərpa etdi. Amma qısa müddətdə də T.İbrahimovun yenidən iqtidarın nəzarətində olan bir telekanalda “özünə sərbəstlik” verdiyi nəzərə çarpırdı. İddialar var ki, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb T.İbrahimovun tənqidin sərhədlərini aşması, hətta dövlətin əleyhinə ifadələr işlətməsi olub. Üstəlik, məlum olub ki, Milli Teleradio Şurası ATV rəhbərliyinə əvvəldən T.İbrahimovun və hələ ki adları məlum olmayan “digər simaların” efirdən uzaqlaşdırılmasını tövsiyə etsə də, kanal rəhbərliyi bunları nəzərə almayıb. T. İbrahimov isə yeni sezonda verilişini bərpa edərək yenidən öz ampluasında efirə çıxıb.

Image result for Turan İbrahimov

“Qafqazinfo” yazır ki, T.İbrahimovun yenidən “başından böyük mövzulara” müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. “Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə, tənqid etməsi qəti yol verilməzdir” – deyə, məlumatda qeyd olunur.

Image result for Azər Xəlilov

Günün ikinci yarısında məlum olub ki, ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Vüqar Qaradağlı ilə bərabər vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar. Bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Image result for Vüqar qaradağlı

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib. Azər Xəlilov deyib ki, yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumatlı mənbə “ATV Səhər” proqramında cəmi bir həftə efirdə olan T. İbrahimovun əsas səhvinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şexülislam Allahşükür Paşazadə ilə bağlı qalmaqala geniş münasibət bildirməsi olduğunu deyib. Belə ki, T.İbrahimov mətbuatda Allahşükür Paşazadə ilə qudası Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.

Image result for hacı qalib

O, canlı yayımda “bu hay-küyün ortaya çıxmasında günahkar Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələrdir” deyərək onları daha geniş auditoriya üçün ictimailəşdirib. “O müsahibəni mən də oxumuşdum, “Şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da, yəqin ki, varisi oğlu olar” şəklində ifadələri müzakirələri genişləndirdi. Məncə, Hacı Qalib Salahzadə bu müzakirələrdə sakitləşdirici rol oynamaq istəyirsə, gərək, ümumiyyətlə, danışmasın. Danışdıqca batır”. Bundan sonra isə o, Hacı Qalibin daha ciddi qalmaqal yaratmış fikirlərinə yer ayırıb. O, Hacı Qalibin fikirlərindən sitat gətirərək “Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa, necə imanlıq edə bilər?” söyləyib.

Image result for Hacıbala

Bundan başqa, “26-lar” kafesi ilə bağlı qalmaqalı yada salan T.İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu kəskin tənqid edib, bütün bu prosesi “ssenaristi və rejissoru bəlli olan, konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi” qələmə verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı meri verilişdə ona qarşı aparılan kampaniyanı xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirildiyi də diqqətdən yayınmayıb.

Yada salaq ki, 2012-ci ilin mayında da ATV rəhbərliyində ciddi dəyişiklik baş vermişdi. Belə ki, ATV-nin prezidenti Tağı İbrahimov, habelə onun qardaşı, teleşirkətin vitse-prezident Natiq İbrahimov bir gündə tutduqları vəzifədən kənarlaşdırılmışdılar. “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi də İbrahimovlar ailəsindən alınmışdı.

Previous Post

Şeyxlə savaş və Abutalıbovun diski – ATV rəhbərliyi niyə bitirildi…

Next Post

ABŞ kürdlərin referendumunu dəstəkləmədi

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post

ABŞ kürdlərin referendumunu dəstəkləmədi

ABŞ kürdlərin referendumunu dəstəkləmədi

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.