Prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibi, müxalifətçi Kamal Kılıçdaroğluna verilən səslərin sayı 45 faizə yüksəlib, bülletenlərin 99,9 faizi işlənib. Elchi.az xəbər verir ki,
bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Ərdoğan 49,34 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizəd 50 faiz + bir səs almalıdır. Bu baş verməsə, mayın 28-də seçkilərin ikinci turu keçiriləcək.
Qeyd edək ki, Səsvermə bazar günü, mayın 14-də səhər saat 8:00-da başlayıb və axşam saat 17:00-a qədər davam edib. Ölkənin 81 əyalətində seçkilər keçirilib. Prezidentliyə üç namizəd – hazırkı dövlət başçısı Ərdoğan, müxalifətin namizədi Kamal Kılıçdaroğlu və ATA Alyansı siyasi birliyindən Sinan Oğan mübarizə aparıb. Bundan başqa, Türkiyədə 600 millət vəkili seçilib.
Havar Şəfiyeva