Elchi.az xəbər verir ki, Kiyev rejimini Ukraynadakı hərbi cinayətlərdə ittiham edən amerikalı keçmiş BMT-nin silah müfəttişi Skot Ritter Twitter sosial şəbəkəsinə qayıdıb.
ABŞ-dan olan ekspertin hesabı hələ yazda, keçmiş Amerikalı kəşfiyyatçı dəniz piyadası Kiyevi Buçada mülki əhalinin kütləvi şəkildə güllələndiyi faciədə ittiham edəndə bloklanmışdı.
“Mən qayıtdım. Test, sınaq, sınaq. Buça müharibə cinayəti idi. Ukrayna bunu etdi”, – Ritter yazır.
Bir gün əvvəl sosial şəbəkənin yeni sahibi İlon Mask şübhəli səbəblərdən dayandırılan hesabların bərpa ediləcəyini açıqlamışdı.
Xatıtladaq ki, Rusiya Federasiyasında twitter resursuna giriş məhduddur.
Şayəstə