"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sammitin Bəyanatı: Ukraynanın gələcəyi NATO-dadır

12 İyul 2023 - 08:47
in MANŞET, ÖNƏMLİ
FacebookVatsap

NATO-nun Vilnüs Zirvə Toplantısının Bəyanatında NATO-nun baş katibi, prezident Ərdoğan və İsveç baş naziri Kristersson arasında əldə olunan razılaşmanın müsbət qarşılandığı bildirilib.
Elchi.az bu barədə cnnturk.com-a istinadən xəbər verir.
Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitindən sonra dərc edilən bəyanatda Rusiya ilə münasibətlər, terrorizmlə mübarizə və Ukraynanın NATO-ya üzvlüyü məsələlərinə toxunulub.
NATO-nun açıq qapı siyasətinə işarə edilən bəyanatda bütün ölkələrin öz təhlükəsizlik tənzimləmələrini seçmək hüququ olduğu bildirilib. “Biz İsveçi alyansın tamhüquqlu üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. Bu kontekstdə NATO-nun baş katibi, Türkiyə prezidenti və İsveçin baş naziri arasında əldə olunan razılaşmanı alqışlayırıq”, – bəyanatda deyilib.
Terrorizmi heç bir şərt olmadan rədd edən və ən sərt şəkildə qınayan bəyanatda terrorun bütün forma və təzahürləri ilə mübarizənin ümumi müdafiə üçün vacib olduğu vurğulanıb.

Bunu da oxuyun

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

“Ukraynanın gələcəyi NATO-dadır”
Vilnüs Sammitinin Bəyanatında 2008-ci il Buxarest Sammitində Ukraynaya verilən NATO-ya üzvlük öhdəliyi də təkrarlanır və əlavə edilir: “Biz Ukraynanın öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Ukraynanın gələcəyi NATO-dadır”,-deyə bəyanatlar daxil edilmişdir.
NATO-nun bəyanatında “Montrö Boğazları Konvensiyası” vasitəsilə Qara dənizdə təhlükəsizliyin, sabitliyin və naviqasiya azadlığının qorunmasına yönəlmiş regional səylərə verilən dəstək vurğulanıb.
Açıqlamada Qara dənizdə baş verən hadisələrin izləniləcəyi və situasiya ilə bağlı məlumatlılığın artırılacağı vurğulanıb.
NATO-Rusiya münasibətlərinə dair qiymətləndirmələrin də yer aldığı açıqlamada riski minimuma endirmək, gərginliyi azaltmaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqə kanallarının açıq saxlanılacağı bildirilib.

“Çin ilə qarşılıqlı şəffaflığı qoruyacağıq”
Qarşılıqlı şəffaflıq da daxil olmaqla, Çinlə konstruktiv işə açıq olmağa davam edəcəyik” ifadələrinin yer aldığı bəyanatda Çin üç bənddə yer alıb.
Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşməsinə diqqət çəkən bəyanatda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan Çindən Rusiyanın müharibəsini pisləməyə çağırılıb və Çindən bu ölkəyə silah dəstəyi verməməsi istənilib.

“NATO Rusiya üçün təhlükə yaratmır”
Rusiyanın Krım da daxil olmaqla qeyri-qanuni ilhaqlarının tanınmayacağı və Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyət daşıyacağı vurğulanan bəyanatda Rusiyadan müharibəni dərhal dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırılıb.
Bəyanatda Rusiyanın təhdidlərinə birlik və məsuliyyət çərçivəsində cavab veriləcəyi də bildirilib.
Bəyanatda Rusiyanın NATO üzvləri və tərəfdaşlarına qarşı digər qüvvələrdən və ya hibrid üsullardan istifadə etdiyi hərəkətlərin artdığı və bu üsulların demokratik proseslərə müdaxilə, iqtisadi təzyiq, dezinformasiya, kiberhücumlar və Rusiya kəşfiyyatının qeyri-qanuni fəaliyyətləri olduğu qeyd edilib.

“İrana Rusiyaya dəstəyi dayandırma çağrısı”
Rusiyanın Ukraynaya münasibətinin NATO-Avropa İttifaqı (Aİ) əməkdaşlığını daha da vacib etdiyi vurğulanan bəyanatda NATO və AB-nin Ukraynaya dəstəyini davam etdirəcəyi vurğulanıb.
Bəyannamədə həmçinin Moldovanın ərazi bütövlüyü dəstəklənir və Rusiya öz qüvvələrini Dnestryanı bölgədən çıxarmağa çağırılır.
Ukrayna müharibəsində İranın Rusiyaya dəstəyinin Avro-Atlantik təhlükəsizliyə də təsir etdiyi bildirilən bəyanatda NATO İranı Rusiyaya hərbi yardım etməməyə çağırıb.
Bəyannamə 2024-cü ildə sammitin Vaşinqtonda, NATO-nun yaranmasının 75-ci ildönümündə, 2025-ci ildə isə Hollandiyada keçiriləcəyi barədə məlumatla yekunlaşıb.

Nuranə Məmmədova

 

Previous Post

Sammitin Bəyanatı: Ukraynanın gələcəyi NATO-dadır

Next Post

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Bənzər yazılar

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

Next Post
Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Son xəbərlər

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57
Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50
Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46
Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 20:43
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

23 Oktyabr 2026 - 20:34
Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

23 Oktyabr 2026 - 20:31
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

23 Oktyabr 2026 - 20:28
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

23 Oktyabr 2026 - 19:24
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08
Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.