Rusiya tərəfinin mövqeyinə baxmayaraq, gələcəkdə Krım Respublikasının mülkiyyəti məsələsinə yenidən baxıla bilər.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
“Krım məsələsi gələcəkdə baş verəcək bir məsələdir. Ukrayna hələlik Vaşinqtonun dəstəyi ilə müharibə zonasında üstünlük əldə etmək üçün diqqətini qısamüddətli hədəflərə yönəltməlidir”.
Bundan əlavə, Sallivan qeyd edib ki, ABŞ başqa ölkənin məsələlərini müzakirə etmək niyyətində deyil.
Yeganə