Bu gün iki quru yük gəmisi ümumilikdə təxminən 95 min ton qarğıdalı daşıyan Ukrayna limanlarını tərk edib.
Elchi.az xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi (JCC) məlumat yayıb.
Mərkəzin məlumatına görə, “Yasa Emirhan” gəmisi Hollandiyaya 51,5 min ton qarğıdalı daşıyacaq. “Amber S” gəmisi isə İspaniyaya 43 226 ton eyni məhsul göndərəcək.
Qeyd olunub ki, hazırda beş gəmi Ukrayna limanlarına doğru gedir. Həmçinin koordinasiya edilmiş gəmi hərəkətlərinin ümumi sayı 1524-dür.
Yeganə