Demokratların üstünlük qazandığı ABŞ-dakı aralıq seçkilərin nəticələrini dəyərləndirən Prezident Donald Tramp, İranla bağlı verdiyi qərarın düzgün olduğuna “tam əmin” olduğunu bildirdi.
Elchi.az xəbər verir ki, *Politico* nəşrindən Daşa Börnsün zəngi ilə canlı yayıma qoşulan Tramp, həmin an üçün mövcud olan seçki nəticələrini şərh etdi.
Əgər seçki bülletenində öz adı olsaydı, seçkilərdə asanlıqla qalib gələcəyi barədə iddiasını təkrarlayan Tramp dedi: “Mən insanlara elə düşünməyi demişdim ki, sanki bülletendə mənim adım var, lakin seçicilər məsələyə belə yanaşmadılar. Bir çox hallarda onlar sadəcə namizədləri bəyənmədilər”.
Demokratlarla işləməyə hazır olduğunu ifadə edən Tramp, hər şeyə veto qoymaq səlahiyyətinə malik olsa da, qarşıdakı iki ili bununla keçirmək istəmədiyini qeyd etdi.
“İranla bağlı qərarıma tam əminəm”
Seçki nəticələrinin onun İran siyasətinə mümkün təsirinə toxunan Tramp, bəzilərinin onu tənqid edərək neft qiymətlərinin İran səbəbindən artdığını iddia etdiklərini bildirdi. O dedi: “Mən tam əminəm və hələ də inanıram ki, İranla bağlı verdiyim qərar ölkəmizin, eləcə də bütün dünyanın uzunmüddətli mənafeyi naminə düzgün qərar idi”.
İranla gərginliyin daha da artıb-artmayacağı ilə bağlı suala cavab olaraq Tramp, vəziyyəti qiymətləndirəcəklərini və “fürsət” gördükləri təqdirdə hərəkətə keçəcəklərini söylədi.
İrana qarşı nüvə gücündən istifadə ehtimalı ilə bağlı fərziyyələrə gəldikdə isə Tramp belə dedi: “Bunu etməyə ehtiyacım yoxdur. Biz onsuz da onları darmadağın etmişik”.
Şayəstə





















