“Dövlət büdcəsinin cari xərcləri qeyri-neft gəlirləri hesabına qarşılanacaq”.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, bu da dövlət büdcəsinin müdafiə olunan xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi istiqamətində orta dövrdə qarşıya qoyulan mühüm hədəfdir: “Bununla da qeyri-neft sektorunun gəlirlərinin artmasına nail olunacaq. Bu baxımdan da 2026-cı ilin dövlət büdcəsi bütün parametlərə uyğun gəlir”.
Nazir bildirib ki, neft və qazın büdcədə göstərilən rəqəmlərinə münasibət bildirilib: “Bu 30 nüfuzlu proqnoz verən qiymətləndirici qurumun göstəriciləri ilə eynilik təşkil edir. Həmçinin iqtisadiyyatın, qeyri-neft sektorunun vergi yükünün azaldılması üçün optimallaşdırılmış bir yanaşma tətbiq edilir”.





















