Kapadokiya regionunda təbii qaya törəmələrindən biri uçub, xəsarət alanlar var.
Elchi.az xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.
Hadisə yerinə tibb briqadaları cəlb olunub. Xəsarət alanların sayı və vəziyyəti barədə məlumatlar dəqiqləşdirilir.
Uçan törəmə Kapadokiya üçün xarakterik olan və eroziya nəticəsində vulkanik süxurlardan yaranmış “peribacaları” (pəri bacaları) adlanan qaya quruluşlarına aiddir.
Məryəm





















