Aprelin 26-da konfort hava şəraiti gözlənilir
Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraiti buludlu olacaq, axşama doğru yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Aprelin 26-da konfort hava şəraiti gözlənilir.